2 Fevral 20:21

Boook Trailer Festival 2016

Buktreyler Festivalında iştirak etmək üçün işlərin qəbuluna start verildi. Buktreylerlər – kitabın məzmunundan bəhs edən qısametrajlı filmlərdir.
Festivalda iştirak şərtləri aşağıdakılardır:
– Festivalda yaşından asılı olmayaraq arzu edən hər kəs iştirak edə bilər;
– Festivalda çap şəklində nəşrdən çıxmış (nəşr ili və yerindən asılı olmayaraq) bir kitabdan və ya kitab seriyasından bəhs edən Buktreylerlər iştirak edir;
– Festivala bir iştirakçı tərəfindən təqdim olunan Buktreylerlərin sayına məhdudiyyət qoyulmur;
– Festivala təqdim edilmiş Buktreylerin öz müəllif işi olmasına və kimsənin müəllif hüquqlarının pozulmamasına iştirakçı zəmanət verir. Əks halda, kimsənin müəllif hüquqlarının pozulmasına görə məsuliyyəti iştirakçı daşıyır;
– Buktreylerlərdə Qanunvericiliyə zidd olan; dini, irqi və milli ayrıseçkiliyi təbliğ edən; senzuradan kənar ifadələri, pornoqrafik materialları əks etdirən məzmun qadağandır;
– təqdim edilmiş Buktreylerlər Münsiflər tərəfindən təhlil edilmir və geri qaytarılmır;
– iştirakçıların Buktreylerləri müəllifdən icazə alınmadan və buna görə heç bir ödəniş edilmədən Festivalın təbliği məqsədilə istifadə edilə bilər, eləcə də Festivalın rəsmi saytında və internet resurslarda (saytlar, KİV, sosial şəbəkələr, YouTube və s.) yerləşdirilə bilər.
Buktreylerlər aşağıdakı tələblərə cavab verməlidir:
– Xronometrajı: 4 dəqiqə;
– formatı: mpeg4, mpeg, mpg, avi, wmv.
– media forması: oyun (aktyorların iştirakı ilə), qeyri-oyun (aktyorların iştirakı olmadan), animasiya (çizgi filmi);
– sonda Buktreylerin aid olduğu kitabın fotosu və Festivalın saytının ünvanı (Təşkilat Komitəsi tərəfindən təyin edilmiş formatda) yerləşdirilməlidir;
– Festivalın təşkilinə aidiyyatı olmayan brendlər, markalar, ticari nişanlar, eləcə də kommersiya təşkilatları və sponsorlar barədə məlumat əks etdirilməməlidir.
* – İştirak şərtlərinə uyğun gəlməyən və tələblərə cavab verməyən Buktreylerlər Festivalda iştiraka buraxılmır.
** – Buktreylerlər İştirak Ərizəsi (Əlavə A Appendix-A) və müəllifin şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə olunmaqla təqdim edilməlidir.
*** – Son müraciət tarixi: 15 Mart, 2016

[email protected]

 

Bəyən və paylaş

Rəylər

rəy(lər)