8 Oktyabr 11:38

Böyük Proqramçıların 10 ortaq xüsusiyyətləri

Böyük Proqramçıların 10 ortaq xüsusiyyətləri

Proqramlaşdırma kurslarına gedərək, ən yeni proqramlaşdırma dillərində kod yazmaq üçün lazımi texniki bacarıqları öyrəndiniz. Ancaq texniki keyfiyyətə sahib olmaq, ehtiyyac hiss edilən tək şey bir proqramçı olaraq uğurlu bir kayeraya sahib olmaq deyildir.

Həqiqətən uğur qazanmaq istəyirsinizsə, işinizi görmək üçün lazım olan müxətlif xüsusiyyətlərə sahib olmanız və bunu yaxşı bir şəkildə etməniz lazımdır.

İndi yaxşı proqramçıların ortaq xüsusiyyətlərini sizlərlə bölüşəcəyik.

1-Tamamlayıcı Olurlar

Bir proqramı yaxşı bilmək çox gözəldir. Ancaq  dünyadakı problemlər tək bir texnologiya ilə həll olunmaz. Mütəxəssis olaraq işə qəbul olunmuş olsanızda texnikanızın tətbiqi ekosistemi təşkil edən digər proqram və avadanlıqlarla necə qarşılıqlı təsirdə olduğunu başa düşməyiniz lazımdır. Bundan başqa layihənizə müxtəlif formalarda fayda verə bilərsiniz.

2- Problemi Asanlıqla Həll Edirlər

Kodun nədən yığıldığını anlamaq, xətalara nəyin yol verdiyini və istehsal problemlərinin necə həll ediləcəyini, bundan başqa hər zaman bir həll yolu olduğu və tapılana qədər vazkeçməyəcəyi, inam hissi ilə birliktə problem həll etmə bacarıqları tələb edir. Əgər problemləri stres altında həll edə bilirsinizsə bu sizin inkişafınızda böyük rol oynayacaq.

3-Öyrənməyə Açıq Olurlar

Texnologiya daima dəyişir. İnkişaf edir. Bugün istifadə etdiyimiz texnikalar və dillər gələcəkdə istifadə edəcəyiniz texnikalar deyildir. Yeni gələn texnologiyada töhfə vermək üçün hər zaman yeni bacarıqları inkişaf etdirməlisiniz. Şirkətlər daima təhsil ilə təmin edə bilərlər, amma ən yaxşı proqramçılar öz üzərində işləməyə vaxt ayırırlar.

4-Yaxşı Ünsiyyət Bacarıqları İnkişaf Etdirirlər

Bir proqramçı olaraq işləmək sadəcə texnologiya ilə əlaqəli deyildir. Proqramçıların məhsul istifadəçiləri ilə danışması lazımdır, nəyə ehtiyac hiss etdiklərini başa düşməsi lazımdır. Proqramçıların da əsasən texniki sənədlər hazırlaması lazımdır. Buna görə də aydın şəkildə yazabilmələri də vacibdir. Sadəcə vəziyyət haqqında hesabat hazırlasalar belə

5- Etibar

Fikirləriniz nə qədər yaxşı olursa olsun, bunları özünüzə saxlasanız qiymətli deyildir. Ən yaxşı proqramçılar fikirlərinə güvənir və proqram arxitekturasını formalaşdırmağa kömək edəcək dizayn müzakirələrində danışarlar. Güvəninizi artırmaq üçün, bütün bir proqramı yenidən dizayn etmək yerinə, kiçik bir tövsiyyə ilə başlayın

6-Müəssisənin Problemləri ilə Maraqlanmaq

Müəssisələr iş problemlərini həll etmək üçün texnologiyanı yaxşı istifadə edirlər. Şirkətinizin işi haqqında nə qədər çox şey bilsəniz, problemləri daha yaxşı başa düşər və şirkətin inkişafına kömək edəcək həll yolları hazırlaya bilərsiniz.

7-Komanda Oyunçusu Olun

Böyük layihələr komanda işidir. Proqramçıların komanda yoldaşları ilə birlikdə işləyəbilməsi vacibdir. Fərqli bacarıqlara sahib insanları başa düşməli və fərqli görüşlərinə hörmət etməliyik. Əgər edə bilsəniz, iş yoldaşlarınızı sadəcə texniki işçi kimi deyil, insan olaraq tanıyın. Layihədən başqa şeylər haqqında söhbət etmək, birlikdə işləməyi asanlaşdıran, münasibətlərin yaranmasına kömək olur.

8-Son Təhvil Tarixlərini Vacibliyi

Bir layihəni etməyə qərar verdikdən sonra gecə də olsa, son təhvil tarixinə çatdırmaq üçün əlinizdən gələnin ən yaxşısını edin. Təşkilat üçün bütün şəxsi həyatınızdan vazkeçmək  məcburiyyətində deyilsiniz, ancaq layihəni tamamlamaq və işinizə dəyər verməyiniz qarşı tərəfdə müsbət fikirlər yaradır.

9-Mühitə Adaptasiya Olun

Dəyişikliklər qalıcıdırsa, yeni vəziyyətin nə olduğunu və buna necə uyğunlaşdığınızı başa düşmək üçün zaman verin. Hədəflərinizə çatmanıza kömək edəcək yeni fürsətlər ola bilər. Hər vəziyyətdə, profisyanal olaraq reaksiya vermək və məyus olmamaq vacibdir.

10-Məhsulunuza Sahib Çıxın

Texniki olaraq, işiniz təmiz bir şəkildə yığıldıqdan sonra və test mərhələsindən keçən kod yazdıqdan sonra edilə bilər. İstifadə tarixinin sonuna qədər izləyərək qarşıya çıxın; test, paylaşım, təhsil istifadəçiləri və istehsal problemlərinin həllində kömək etməyə hazır olun. Yazdığınız kodun həqiqi dünyada təsirini görər və başa düşərsiniz. Aldığınız müştəri fikirləri sahəsində bir sonrakı proqramınızı daha da yaxşı formada hazırlamağanıza kömək edər.

Əgər bu xüsusiyyətlər sizdə varsa, siz də özünüzü gələcəkdə proqramçı olaraq görürsünüzsə STEP Kompüter Akademiyasının „ Proqram təminatının yaradılması” ixtisası üzrə keçirilən dərslərə qoşula bilərsiniz. Ətraflı itstep.az veb saytından tanış ola bilərsiniz.

Bəyən və paylaş

Rəylər

rəy(lər)