Bravo komandasına Market Menecerin köməkçisi (Müdir müavini) axtarılır

Bravo komandasına Market Menecerin köməkçisi (Müdir müavini) axtarılır.

İş yeri – Gəncə şəhəri

Vəzifə öhdəlikləri:
Cari tapşırıqları həll etmək, personalın öz vəzifə təlimatlarının və digər daxili normativ sənədlərin tələblərini dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək
Satış nöqtələrindən və alıcılarından daxil olan hər bir informasiyaya operativ reaksiya vermək
Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək
Mağaza heyəti tərəfindən müştəri məmnuniyyətinin təmin edilməsinə nəzarət etmək
Mağazanın fəaliyyətinə aid hesabatların təqdim edilməsi
Mağazada xidmət standartlarının həyata keçirilməsi
Personalın daxili nizam-intizam qaydalarına əməl etmələrinə nəzarət etmək
Ticarət zalına lazım olan malların sifarişini formalaşdırmaq

Tələblər:
Ali təhsil arzuolunandır
Həmin sektorda ən azı 2 il təcrübə mütləqdir
Yüksək təşkilati bacarıqlar (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.)
Satış texnikası və prinsiplərini bilmək
İşgüzar davranış etikası
Məsuliyyət, dəqiqlik, inkişafa meyillilik
Kompüter biliyi: MS Windows, MS Office
Maraqı olan şəxslər CV-ni ” Market Menecerin köməkçisi (Gəncə) Edumap.az” başlığı altında qeyd olunan elektron ünvanına göndərə bilərlər: [email protected]

Bir cavab yazın

Back to top button