Brend menecer vakansiyası

“LIBRAFF” kitab mağazaları şəbəkəsinə təcrübəli Brend menecer tələb olunur.
İşçiyə əmək haqqı və əlavə olaraq, satışdan bonusların verilməsi nəzərdə tutulur.

Əsas vəzifə öhdəlikləri:

Brendin inkişaf etdirilməsi strategiyasını hazırlamaq;
Mağaza personalını idarə etmək;
Satış analizlərini aparmaq və mağaza tələblərini araşdırıb müəyyən etmək;
Şirkətin xidmət səviyyəsinin və müştəri məmnuniyyətinin yüksəldilməsi istiqamətində tədbirlər görmək.

Tələb olunan bilik və təcrübə:

Mağaza idarəçiliyi və pərakəndə satış sektorunda azı 3 illik iş təcrübəsi;
Ali təhsil: menecment və ya marketinq istiqamətli təhsilin olması üstünlük hesab olunur;
Səlis Azərbaycan dili, yaxşı səviyyədə rus və ingilis dili biliyi;
Yaxşı səviyyədə Microsoft Office, xüsusilə Excel proqramı biliyi.

İş haqqında məlumat:

İş yeri: qismən baş ofis (Pullman otel) və əsasən, mağazalarda;
İş qrafiki: dəyişkən, əmək qanunvericiliyinə uyğun olaraq həftəlik 40 saat;
Əmək qanunvericiliyinə uyğun olaraq dərhal rəsmi sənədləşdirmə işləri aparılır;
Əmək haqqı razılaşma yolu ilə müəyyən olunur, sınaq müddətindən sonra satışdan bonuslar verilir;
Nahar şirkət tərəfindən təmin olunur.

Müraciət üçün email: [email protected]

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir