23 Noyabr 16:08

Brend xarakterinin formalaşdırılması

WOWOMAN qadınların professional və şəxsi inkişaf üçün yaradılmış platformadır. Biz, Project Managemt, Marketing, Public Speaking kimi treninqlərlə yanaşı, Zumba, Yoga, Rəqs kimi əyləncəli tədbirlər də təşkil edirik.

İndi isə sizi 29 Noyabr 2015-ci il saat 11:00da çoox maraqlı seminara dəvət edirik:

Bu gün müxtəlif sektorlarda çoxlu sayda və çeşiddə mallar və xidmətlər təklif edilir. Artıq məhsulun adı, xüsusiyyətləri ilə fərqlənmək lazımi nəticə vermir. Belə bir zamanda insanların beynində layiqli yer tutmaq üçün brendin xarakterinin formalaşdırılmasına ehtiyac vardır.Toxunulacaq mövzular:

Brend, onun xüsusiyyətləri və əhəmiyyəti;

Müxtəlif xarakterlər və onların xüsusiyyətləri;

Xarakterin müəyyən olunması və formalaşdırılması;

Xarakterə uyğun kommunikasiya formaları;

Təlimçi: Sənan Həsənov Bank sektorunda 10 ildən artıq iş təcrübəsinə malikdir. Maliyyə, Marketinq, Müştəri Xidmətləri sahələrində rəhbər vəzifələrdə çalışaraq bir sıra yeni məhsul və xidmətlər, Beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmiş layihələr həyata keçirmişdir.

Həmçinin Sənan Həsənov 2013-cü il Aprel ayından etibarən BMG International şirkətinin təsisçisidir. Əsasən təlim – kadr seçimi, kənardan xidmət – məsləhət xidmətləri olmaqla fəaliyyət göstərən şirkət bu günədək NarMobile, Rabitəbank, PrintMarket, JANGHO International, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və bir sıra digər yerli və beynəlxalq şirkətlərə müxtəlif çeşidli xidmətlər göstərmişdir.

Tədbirdə iştirak pulsuzdur.
Yerlər Məhduddur.
İştirak üçün sadəcə linkdə ki formanı doldurmaq kifayətdir
https://goo.gl/9P8gzg

Ünvan: Af Business House, High Tech Park, Nizami küç 203
Hər hansı bir sualınız yaranarsa
Arzu Aghazamanova ilə əlaqə saxlaya bilərsiz.

Telefon: 050-682-84-78

Bəyən və paylaş

Rəylər

rəy(lər)