12 Dekabr 15:02

British Council “Ekranda Sərgi” layihəsinin dördüncü mövsümünü elan edir

İyul 2017-ci il tarixindən həyata keçirilən “Ekranda Sərgi” layihəsi dünyanın hər yerindən ən yaxşı incəsənət sərgilərini Azərbaycanın kinoteatr ekranlarına gətirir. Yanvar ayından etibarən “Ekranda Sərgi”, incəsənətlə bağlı sənədli filmlər çəkmiş britaniyalı rejissor Fil Qrabskinin səkkiz möhtəşəm əsəri ilə dördüncü mövsümə başlayır.

Ekranda Sərgi” gündən-günə artmaqda olan beynəlxalq auditoriyalara dünyanın ən tanınmış qalereyalarını, sərgilərini və rəssamlarını görmək imkanı verir. Tamaşaçılar tarixdə ilk dəfə dünyanın ən görkəmli sənət incilərini böyük ekranda yüksək keyfiyyətlə ön sıradan izləmək fürsəti qazanır.

Dünyanın ən böyük incəsənət sərgilərində, muzey və qalereyalarda lentə alınmış bu yenilikçi film seriyası dünyanın müxtəlif yerlərindən olan sənətsevərlərə tarixin ən dahi rəssamlarının əsərlərini izləmək və onlardan zövq almaq imkanı verir. Filmlər 50-dən çox ölkədə 1500-dən çox kinoteatrda nümayiş olunub və bir milyondan artıq bilet satılıb.

Dördüncü mövsümün açılış filmi “İeronim Bosxun möcüzəli dünyası” olacaq. Film 7 yanvar tarixində, saat 13:00-da Alov Qüllələrində yerləşən Park Cinema kinoteatrlarında nümayiş olunacaq. “İeronim Bosxun möcüzəli dünyası”nda Niderlandın cənubunda yerləşən Hertoqenbos şəhərinin muzeyində keçirilən məşhur “İeronim Bosx – dahinin baxışı” sərgisindən bəhs edilir. Sərgi Bosxun bir çox rəsm və şəkillərini doğma şəhəri Den-Bosda ilk dəfə bir araya gətirib və dünyanın müxtəlif yerlərindən yarım milyona yaxın sənətsevəri cəlb edib.

Filmlər Alov Qüllələrində yerləşən “Park Cinema” kinoteatrlarında nümayiş olunacaq. Biletlərin qiyməti 9 manatdır. Biletləri onlayn şəkildə və Park Bulvar və Alov Qüllələrinin bütün kassalarında əldə etmək mümkündür.

British Council Azərbaycan fürsətdən istifadə edib “CoolConnections” şirkətinə və “Park Cinema”ya təşəkkürlərini bildirir.

Afişa:

İeronim Bosxun Möcüzəli Dünyası

16 iyul, saat 13:00

Park Cinema, Alov Qüllələri

Kanaletto və Venesiya İncəsənəti

23 iyul, saat 13:00

Park Cinema, Alov Qüllələri

Qoya: Cisim və Qanın Obrazları

30 iyul, saat 13:00

Park Cinema, Alov Qüllələri

Rembrandt

6 avqust, saat 13:00

Park Cinema, Alov Qüllələri

Venesiya taciri

13 avqust, saat 13:00

Park Cinema, Alov Qüllələri

Mirvari Sırğalı Qız

20 avqust, saat 13:00

Park Cinema, Alov Qüllələri

Mane: Kətana Həkk Olunmuş Həyat HD

27 avqust, saat 13:00

Park Cinema, Alov Qüllələri

Devid Hokni. Kral Rəssamlıq Akademiyasında Pop-Art

3 sentyabr, saat 13:00

Park Cinema, Alov Qüllələri

Bəyən və paylaş

Rəylər

rəy(lər)