2 Dekabr 13:57

“Brundtland Komissiyası- BMT Baş Assambleyası Modeli ”adlı simulyasiya konfransı keçiriləcək

Əziz tələbələr,

AYAFE Gənclər Təşkilatı və Ekosivil Dünya Klubunun birgə təşkilatçılığı, Edumap.az və buqelemun.com-un media tərəfdaşlığı ilə 6-7 Dekabr 2019-cu il tarixlərində “Brundtland Komissiyası- BMT Baş Assambleyası Modeli ”adlı simulyasiya konfransı baş tutacaq. Konfransın təşkilində əsas məqsəd gəncləri Davamlı İnkişaf Məqsədlərini daha dərindən analiz etməyə və siyasi münasibətlər sahəsində təcrübələrə yiyələnməyə çağırmaqdır.

 

Simulyasiya oyununda qlobal iqlim dəyişikləri və mövcud iqtisadi, sosial risklərdən, eyni zamanda qlobal istiləşmənin qarşısının alınması istiqamətində Baş Assambleyanın ata biləcəyi addımlar müzakirə olunacaqdır.

 

“Brundtland Komissiyası” simulyasiya oyunu iki mərhələdən

– 6 dekabr 13:00 (təlim)

-7 dekabr   11:00 (konfrans) ibarətdir.

 

Qeyd – Simulyasiya oyununda iştirak tamamilə ödənişsizdir.

 

Son qeydiyyat tarixi : 04 dekabr 2019

 

Aşağıdakı linkə daxil olaraq qeydiyyat keçə bilərsiniz: ⬇

shorturl.at/ktT56

Bəyən və paylaş

Rəylər

rəy(lər)