4 May 07:16

“BU BİZİK !”foto müsabiqə

BU BiZiK!
Azərbaycan Fotoqrafları Birliyi və Azərbaycan Milli Qeyri Hökumət Təşkilatlarının Forumu may ayı üçün bu “BU BİZİK !”foto müsabiqə elan edir. Gözümüz hər zaman “hadisə” axtarışında olur. Hər anı yaxalamaq , ən gözəl anlara sevinməyimiz var. Bəzən həmkarlarla foto gəzintilərinin bənzərsiz anları olur. Bu zaman harda olduğumuzdan asılı olmayaraq fikrimiz fotoqraflarda olur. O zaman bu mövzu yaranır -“ BU BİZİK! “ Fotoların qəbulu [email protected] Müsabiqəyə təqdim olunacaq fotolar JPEG formatda ,uzun tərəfi 1500 px olmalıdır. Hər kəs müsabiqəyə 5 foto təqdim edə bilər. May ayında və son 1 ildə çəkilən mövzuya uyğun fotolar qəbul olunur. Müsabiqəyə fotolar 27 may tarixinə kimi təqdim olunmalı. Hər bir müəllif fotonun adında özü haqda məlumatı (ad, soyad, fotonun adı) yerləşdirməlidir. Təqdim olunmuş fotolar üzərində heç bir fotoredaktə proqramlarında əlavələr olunmamaq şərti ilə (real rəng,kontrast və s. kimi alətlərdən istifadə olunması mütləqdir) Münsiflər lazım gəldikdə fotonun ilkin variantını tələb etmək hüququndadır. Musabiqənin və mövzunun müəllifi Rauf Umud Kuratoru: Fərqanə Qasımlı Kordinatoru : Maya Bağırova

Bəyən və paylaş

Rəylər

rəy(lər)