14 Noyabr 18:44

Bu gün içmək istəyirəm…

Daim sərxoş olanlar da
ayılar yuxusunda.
Yox olur barmaqlarım

siqaret qutusunda.

 
İçimə hopmuş eşqi
Unutmaq üçün içirəm.
Sərxoşam bəhanəsiylə
Qarson qızın əllərini,
Tutmaq üçün içirəm.
Ürəyimdən nə keçirsə,
Bircə bircə həmin qıza,
Danışmaq üçün içirəm.
Çoxdan ölmüş ümidlərə
Alışmaq üçün içirəm

 
Təkcə sərxoş olanda yox,
Düşürsən yadıma hər an.
Bəs içməyin xeyri nədir?
Bir gün gələn, bir gün gedir.
Gedən qayıtmır heç zaman.

 
Yada düşür xatirələr.
Ötüb keçən o xoş günlər
Bir anlıq qayıdardı kaş.
Bir az da, mədəm bulanır,
Ötüb keçən günlərimi
Qaytarıram yavaş yavaş.

 

Emil Hacıyev

Bəyən və paylaş

Rəylər

rəy(lər)