Bu, həm də milli-mənəvi dəyərlərimizin qələbəsidir.

Bu, həm də milli-mənəvi dəyərlərimizin qələbəsidir.

27 sentyabr – 10 noyabr. Gözümün önündə həmin günlər yenidən canlandı. Düzdür, biz həmişə sülhsevər, tolerant olmuşuq. Amma… Əgər sənin bu keyfiyyətini düzgün qiymətləndirmirlərsə, onda sözünü deməlisən, özünü təsdiqləməlisən. 27 sentyabr 2020-ci il. Bu gün Azərbaycan xalqının 30 illik can yanğısına su səpdi. Hamı qələbəyə inanırdı, çünki Milli Ordunun qüdrətinə inanırdı, çünki Ali Baş Komandanın qətiyyətinə inanırdı. Xalqın inamı, ordunun gücü, Ali Baş Komandanın qətiyyəti bir yumruğa çevrildi, düşmənin başına enən “Dəmir Yumruq” oldu. Azərbaycan xalqı sarsılmaz birliyi, “Dəmir Yumruğ”u ilə özünü beynəlxalq aləmdə bir daha təsdiq etdi və nələrə qadir olduğunu bir daha nümayiş etdirdi. Bu birlik otuz ilə yaxındır nəinki Azərbaycanın, hətta bütün qonşu xalqların əziyyət çəkdiyi erməni vandalizminə 44 gün ərzində son qoydu. Qısa bir müddətdə öz işğal olunmuş torpaqlarını azad edən müzəffər Azərbaycan Ordusu həm regionun mənzərəsini dəyişdi, həm də bəzi dövlətlərin “qırmızı xətt” adlandırdığı, ölkələr arasındakı vəhşi düşmən tərəfindən yaradılmış maneələri dəf etdi.

Atalar yaxşı deyib: “Düşmən mərd olsa, yaxşıdır”. Amma bizim bəxtimizə namərd düşmən çıxıb, hiyləgər və vandal, gücünü qocaya, qadına, uşağa göstərən, amma ordumuzun qabağından it kimi qaçan. Mən deyərdim ki, heç bir milli-mənəvi dəyərləri qiymətləndirməyən insan təkcə bir xalqa yox, bütün bəşəriyyətə düşməndir. Adamı insana çevirən onun mənəviyyatıdır. İşğaldan azad olunan ərazilərimiz, oradakı milli, mədəni, dini abidələrimiz erməni vandalizminin şahidləridir. Onlar bu ərazilərdə baş verən tarixi hadisələr haqqında bizə hər şeyi deyir. Onların hər biri bu gün canlı bir tarix muzeydir. İşğal olunmuş ərazilərimizin otuz ili daşı daş üstə qalmayan qədim şəhərlərimizdə, oradakı evlərin qalıqlarında, dağıdılmış məzar daşlarında yaşamaqdadır. Ərazilərimizin 27 il ermənilər tərəfindən qanunsuz olaraq işğal edilməsi əsrlər boyu qoruyub saxladığımız məscidlərin, muzeylərin, teatrların, kilsələrin, məktəblərin, qədim mağaraların və hətta şəxsi evlərin dağıdılması ilə nəticələndi. Ağdam, Qubadlı, Füzuli, Zangilan, Cəbrayıl kimi şəhərlər Xirosima kimi xarabalıqlara çevrildi. Kənd təsərrüfatı torpaqları yararsız hala düşdü. Ermənilərin meşələri kütləvi talan etməsi də “eko-terror” la nəticələndi. Azərbaycanın tarixi mağaraları və qazıntı yerləri dağıdıldı, sərvətləri oğurlandı. Bütün dünya Qarabağın zəngin və ən firavan bölgələrinin Ermənistan tərəfindən necə məhv edildiyinin şahidi oldu. Azərbaycan hökumətinin nümayəndələri, beynəlxalq mətbuat və Bakıda yerləşən 40-dan çox səfirliyin diplomatları bu dəhşətli “müharibə cinayətinin” sübutlarını dünya ictimaiyyətinə təqdim etdilər. Allahım, insan bu qədər vəhşi ola bilərmiş. Ağdamda gördüyüm mənzərənin təsirindən hələ də çıxa bilmirəm. Hanı Ağdam?! Hanı o gözəl şəhər?! Hanı onun insanlarının halal zəhmət ilə, halal qazanc ilə, əzizləyə-əzizləyə, sevə-sevə çalışıb tikdikləri o gözəl evlər?! Hanı o bağlar, bağçalar?! Hanı o İmarət?! Hanı insanların əzizlərinin dəfn olunduğu məzarlıq?! Hanı Tanrının evi?! Erməni vandallarının viran qoyduğu Ağdamda istər teatr binasının, “Çörək muzeyi”nin salamat qalmış fasadları, ermənilərin benzin töküb yandırsa da, salamat qalmış Ağdam Cümə məscidi, ermənilərin donuz saxladığı, lakin şanlı ordumuzun əsgərləri tərəfindən paklığa qovuşduğu Pənahəli xanın türbəsi, ermənilərin eyş-işrət yerinə çevirdiyi, lakin Prezidentimiz tərəfindən Dövlət Qoruğu adı qaytarılmış Şahbulaq qalası öz əzəmətləri ilə bu torpaqda milli, mənəvi, mədəni, dini bağlarımızı qoruyub saxlamış, bu torpağın əsl sahiblərinin qayıdışından sonra daha da canlanmışdı. Müdrik Prezidentimizin azad edilmiş ərazilərimizdə ilk növbədə  ibadət ocaqlarının, kilsələrin, tarixi, mədəni abidələrimizin bərpasından başlaması bir xalq kimi milli mənəvi dəyərlərə olan sayqımızı, bağlılığımızı və gələcək nəsillərə ötürməyimizi dünyaya mümayiş etdirir. Ağdama səfərimdə meyvə ağaclarının, xüsusən də nar ağaclarının dolu-dolu bar gətirdiyini müşahidə etdim. Sanki təbiət də oz doğma sahibinin gəlişini sevinclə qarşılayırdı. Erməni, sən hansı əxlaqın sahibisən? Sənin üçün müqəddəs hec nə yoxmuş. Allahın evində heyvan saxlayan heç bir vaxt mənəvi əxlaqı dəyərə sahib olan “böyük xalq” ola bilməz. Əgər Qafqazda tarixən mövcud olan xalqların milli-mənəvi dəyərlərinə baxış etsək, ermənilərin malik olduğu işğalçı, qonşulara düşmən təfəkkürü onların nəinki bu coğrafi əraziyə, hətta xristianlıq inancına belə yad olduğunu görərik. Erməni, sən cəzanı aldın, əməlinin bəhrəsini yedin. “Dəmir Yumruğ”un zərbəsi səni elə sarsıtdı, elə gicəlləndirdi ki, bir də cəsarət edib başını qaldıra bilməzsən. Get dərsliklərini dəyiş və təzədən yaz: Qarabağ Azərbaycandır!!! Prezident İlham Əliyev tərəfindən verilən tapşırıqlara əsasən hazırlanan Qarabağın İnkişaf Strategiyası, Qarabağ Dirçəliş Fondu, dövlət proqramları, dövlət başçısının işğaldan azad edilmiş Qarabağa mütəmadi səfərləri, yeni ibadət ocaqlarının təməlinin qoyulması və infrastrukturla bağlı başlanılan işlər artıq bölgənin inkişafının yüksək səviyyədə təşkil olunacağına inamı daha da artırır, Qarabağa böyük qayıdışı yaxınlaşdırır. İnşa ediləcək yeni obyektlərin təməllərinin qoyulması, Azərbaycanı istəməyən məkrli qüvvələrə mesaj olaraq Prezident İlham Əliyev və təyyarəsi birbaşa hava limanına eniş edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılışı və nəhayət tikintisi qısa vaxtda həyata keçirilən, Azərbaycan xalqının qazandığı parlaq Qələbənin simvolu olan Zəfər yolunun istifadəyə verilməsi artıq 30 ildir ki, didərgin düşmüş sakinlərin doğma şəhərinə tezliklə qayıtmasını təmin edəcək.

 

BDU-nun İslamşünaslıq Elmi Tədqiqat Mərkəzi, Elmi işçi, Babayev Əli Mirzə oğlu.

(Şəkillər Abidələri Müdafiə Təşkilatı İctimai Birliyi tərəfindən təqdim edilmişdir)

Related Articles