23 May 13:29

“Bu, mənim Vətənimdir!” adlı foto işləri müsabiqə

«IRS» jurnalı və Azərbaycan Fotoqraflar Birliyi “Bu, mənim Vətənimdir!” adlı foto işləri müsabiqəsini elan edirlər.

Müsabiqə aşağıdakı nominasiyalar üzrə keçiriləcək:

  • «Mənim diyarım». Kənd mənzərələri, ən əhəmiyyətli turizm obyektləri, memarlıq və tarixi abidələr;
  • «Mənim şəhərim». Şəhər mənzərələri;
  • «Adətlər və ənənələr». Milli bayramlar, şənliklər, festival və toylar, milli kollektivlərin tarixi yaxud təbii interyerdə çıxışları ilə bağlı janr çəkilişləri. Kənd məişəti, milli geyimlər;
  • «Azərbaycan təbiəti. Qoruqlar, milli parklar, vəhşi heyvanlar və quşlar;
  • «Dəniz». Dəniz kənarında istirahət, çimərlik mənzərələri, yelkən qayıq idmanı, balıq ovu, sualtı balıq ovu;
  • «DağlarDağ xizəyi, alpinizm, trekinq, turizm. Janr çəkilişləri;
  • «Yuxarıdan görünüş». Drondan istifadə etməklə fotoçəkiliş.

Hər nominasiya üzrə müəyyən ediləcək qalibə 300 AZN məbləğində mükafat veriləcək. Müsabiqədə hər nominasiyada  ilk beşlikdə yer tutumuş fotolar «IRS» və «Azerbaijan Airlines» jurnallarında, həmçinin «IRS Publishing House» nəşriyyat evinin «Irs-Heritage-Наследие» seriyası üzrə çap edilən kitablarında dərc olunacaq. Hər bir cap məhsulundan müəlliflərə iki nüsxə hədiyyə olunacaq.

Fotoşəkillər münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflər heyətinin rəhbəri Rusiya Beynəlxalq Peşəkar Fotoqraflar Gildiyasının vitse-prezidenti Sergey Kivrindir. Münsiflər heyətinin üzvləri – Musa Mərcanlı («IRS» və «Azerbaijan Airlines» jurnallarının baş redaktoru), Andrey Vasilyev (Dubaydakı “IRS Publishing House” nəşriyyatının şef-redaktoru), Yelena Çirikova (“Azerbaijan Airlines” jurnalının dizayn-direktoru).

Müsabiqə üçün fotoları [email protected] ünvanına 15 aprel 2020-ci il tarixinə qədər göndərmək lazımdır.

Zəruri qeyd: Müsabiqəyə təqdim olunacaq fotolar JPEG formatda, uzun tərəfi 1500 px olmalıdır. Hər bir nominasiya üzrə 3 foto təqdim edə bilər. Hər bir müəllif fotonun adında özü haqqında məlumatı (ad, soyad, fotonun adı) yerləşdirməlidir. Fotoların üzərində müəllif imzası və ya loqo yerləşdirmək olmaz. Təqdim olunmuş fotolar üzərində heç bir fotoredaktə proqramlarında əlavələr olunmamaq şərti ilə (real rəng, kontrast və s. kimi alətlərdən istifadə olunması mütləqdir), yalnız son iki ildə çəkilmiş işlər qəbul olunur. Müsabiqədə qalib gəlmiş fotoların əsli fotoqraflardan tələb olunacaq. Müsabiqəyə yalnız fotoaparatla cəkilmiş fotolar təqdim olunmalıdır.Təqdim olunmuş fotolarda əks olunmuş şəxslərin razılığı fotoqrafa aiddir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)