28 Noyabr 16:32

“Bu necə bir hissdir?”sərgisinin açılışı

YARAT Müasir İncəsənət Məkanı, böyük məmnuniyyətlə sizi, yerli və xarici YARAT rezidentlərinin ARTIM Layihə Məkanında keçiriləcək “Bu necə bir hissdir?” adlı qrup sərgisinə dəvət edir.

Açılış tarixi: 2 dekabr 2016 / Vaxt: 19.00
Sərgi günləri: 2 dekabr – 16 dekabr 2016

Ünvan: ARTIM Layihə Məkanı
İçərişəhər, Böyük Qala küç., 30, 001A
Giriş sərbəstdir

YARAT Müasir İncəsənət Məkanı, ARTIM Layihəsi çərçivəsində, YARAT-ın yerli rezidentləri – Vüsalə Ağarazıyeva və Erkin Ələkbərli, habelə Gökçen Dilek Acay, Timo Herbst və Mersedes Şturm-Li kimi əcnəbi rezidentlərin iştirakı ilə “Bu necə bir hissdir?” adlı qrup sərgisini təqdim edir.

“Bu necə bir hissdir?” sərgisi, öz ətrafı ilə maraqlanan və müxtəlif subyektləri araşdırmağa, onları hiss etməyə çalışan tamaşaçının nəzər nöqtəsini təsvir edir. Layihənin ideyası, nəticə etibarilə tamaşaçının onu əhatə edən və sadə izahı tapmağa mane olan müxtəlif təsirləri dəf etməsi və onların öhdəsindən gəlməsini vurğulayır. Əgər yad adam gözlənilmədən doğmaya, doğma adam isə gözlənilmədən yada çevrilirsə nə baş verir? Və əgər, insan zəkasında ərsəyə gələn ideyalar “içiboş” çıxırsa, ya da digər bir halda, əgər hər hansı məchulluq başa düşülən və aydın formalar əldə edirsə, onda necə olsun?

YARAT-ın üç xarici və iki yerli rezidentinin əsərlərini bir araya gətirən bu sərgi, sənət insanlarının baxışları ilə qurulmuş və bir-birlərinin son dərəcə iti nəzər nöqtələrini əks etdirən bir “səyahət”dir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)