Büdcə və təhlil şöbəsində Baş mütəxəssis vakansiyası

Azərbaycan Beynəlxalq Bankı  Maliyyə menecmenti Departamentinə Büdcə və təhlil şöbəsinə Baş mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

 

 Vəzifə öhdəlikləri:

  • İllik əsasda Bankın büdcəsinin proqnozlaşdırılmasında aktiv iştirak;
  • Büdcə icrasına nəzarətin təmin edilməsi;
  • Büdcə icrası ilə bağlı ətraflı təhlillərin aparılması və biznesə müvafiq təkliflərin verilməsi;
  • Məhsullar üzrə maya dəyərinin hesablanması.

Vakant vəzifə üzrə tələblər:

  • Ali iqtisadi təhsil;
  • Büdcə proqnozlaşdırılması sahəsində minimum 3-5 il iş təcrübəsi;
  • Ofis proqramlarında sərbəst işləmək bacarığı;
  • SQL proqramından istifadə üstünlükdür;
  • Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilmək.

Davranış səriştələri:

 

  • Detallara diqqət;
  • İnduktiv və analitik təhlil;
  • Komandada işləmək bacarığı.

 

Bu iş sizə nələri qazandıracaq:

  • Bank sahəsində  iş proseslərini dərindən öyrənmək imkanı;
  • Maliyyə sahəsində potensialınızı reallaşdırmaq imkanı;
  • Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
  • Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
  • Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 17 avqust 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adını “Büdcə və təhlil şöbəsinə Baş mütəxəssis Edumap.az” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

 

Əlavə məlumat üçün: www.ibar.az

Bir cavab yazın

Back to top button