Bugün AzNews.info 5 yaşını qeyd edir

Artıq 5 ildir fəaliyyət göstərən “AZNEWS.INFO” informasiya portalı 2013-cu il fevralın 13-də Orxan Səfərlinin təşəbbüsü ilə yaradılıb. Bu dövr ərzində daim gündəmin ən aktual xəbərlərini çatdırmaq məqsədi güdən sayt özünəməxsus oxucu kütləsi yığmağa nail olmuşdur. Saytın eyni adlı facebook səhifəsinin isə 100000dən çox izləyicisi var.

Sayt 5 illiyi ilə əlaqədar olaraq rebrendinq edərək loqotipində də bəzi dəyişikliklər edib.

Qeyd edək ki, saytın baş redaktoru Mircavad Fatullayev, redaktorları Ema Cəfərova və Rüstəm Abdullayevdir. AZNEWS.INFO internet qəzeti tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə yanaşı dünyada baş verən ən aktual xəbərlər portalda yayımlanır. Bundan basqa, internet qəzetdə müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. İnternet qəzet siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayır.

Edumap.az Təhsil Portalı adından  AZNEWS.INFO kollektivini təbrik edirik!

Rəylər

rəy(lər)