“Bullinqi dayandır, Həyatı dayandırma” adlı layihə keçiriləcək

Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV Qrant müsabiqəsinin qalibi olmuş “Bullinqi dayandır, Həyatı dayandırma” adlı layihədə Yevlax, Bərdə, Mingəçevir, Şəki, Goranboy rayon tam orta məktəblərindən dəvət olunmuş məktəb psixoloqlarına Ritual Mobil Teatr Laboratoriyasının təlimçi heyəti ilə online platformalar vasitəsilə bullinq, diskriminasiya, nifrət nitqi mövzusunda 7 günlük sosial incəsənət və teatr əsaslı təlimlər keçirilməsi nəzərdə tutulmuşdur. Layihənin növbəti mərhələsində təlimləri uğurla bitirən məktəb psixoloqları mentorluq prosesinə cəlb olunacaq, online şəkildə öz şagirdlərinə təlimlər, həmçinin valideynlər üçün bullinqlə mübarizə mövzusunda seminar təşkil edəcəklər. Layihənin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaqdır.
8-9-10-15-16-17 Yanvar 2021-ci il tarixlərində təlimlər baş tutacaq,23 və 24 Yanvar tarixlərində isə mentorluq prosesi həyata keçiriləcəkdir.
Təlimdə kimlər iştirak edə bilər:
Yevlax, Bərdə, Mingəçevir, Şəki, Goranboy rayon tam orta məktəblərində fəaliyyət göstərən məktəb psixoloqları.
Əlaqə üçün:
E-mail: [email protected]
Tel: 050 985 10 68
Müraciət üçün son tarix:
30 Dekabr, 2020-ci il
Müraciət forması: https://forms.gle/VymKoPRQxKo2vFUc6

Bir cavab yazın

Back to top button