29 Oktyabr 01:32

Bundestaqın Beynəlxalq Parlament Təqaüdü (İPS) haqqında təqdimat

Beynəlxalq Parlament Təqaüdü +++

Yaşın 30-dan aşağıdır, alman dilində əla danışa bilirsən, hər hansı ali məktəbi bitirmisən və Almaniya Bundestaqında işləyə bilmək üçün təqaüd proqramı ilə maraqlanırsan? O zaman 29 oktyabr tarixində, saat 17:30-da Dillər Universitetinin əsas binasının akt zalına gəl. Bu il təqaüd proqramı üçün seçilmiş namizədləri müsahibə edəcək Almaniyadan gəlmiş nümayəndə heyəti və bu proqramın məzunu həmin gün Dillər Universitetində Bundestaqın Beynəlxalq Parlament Təqaüdü (İPS) haqqında təqdimat edəcəkdir. Daha ətraflı məlumatı əlavə edilmiş elandan əldə edə bilərsiniz.

Bəyən və paylaş

Rəylər

rəy(lər)