7 İyun 08:46

“Bura Vətəndir!” devizi altında gənc həvəskar fotoqrafların yay düşərgəsi keçiriləcək

Əziz Gənclər!
Uzun və isti yay günlərini Göygöl rayonunun əsrarəngiz təbiətində həm ƏYLƏNMƏK, həm ÖYRƏNMƏK, həm də DİNCƏLMƏK istəyirsinizsə, bu düşərgə məhz sizin üçündür!

Azərbaycan Respublikasının Gənclər Fondu, İDEA İctimai Birliyi və Gənclərin Töhfəsi İctimai Birliyinin birgə təşkilatçılığı və Vahid Həsənovun iştirakı ilə keçiriləcək “Bura Vətəndir!” devizi altında gənc həvəskar fotoqrafların yay düşərgəsinə müraciət qəbuluna start verilir.

Fotoqraflıq sənətinin incəliklərinə yiyələnmək, sağlam həyat tərzinə və komanda işinin təşkilinə dair biliklər əldə etmək istəyisinizmi?
O zaman, Azərbaycanın bütün bölgələridən 18-29 yaş arası qızlar və oğlanlar iyun ayının 26-dan 30-dək Göygöl rayonunda keçiriləcək düşərgədə iştirak etmək üçün aşağıdakı linkdən qeydiyyatdan keçməyiniz mütləqdir.

Qeydiyyat üçün: https://forms.gle/yQ2poswQXeaycuEH8

Son müraciət tarixi – 21 Iyun saat 18:00.

Bəyən və paylaş

Rəylər

rəy(lər)