“Buz dövrü” layihəsi keçirilib

14 fevral 2016-cı il tarixində Qəbələ rayonu Tufandağ Qış-Yay İstirahət Kompleksində “Buz dövrü” layihəsi keçirilmişdir.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilmişdir. Gənclərə  təcrübəli təlimçilər tərəfindən dağ-turizm, xizəklərdən düzgün istifadə qaydaları haqqında nəzəri və praktiki təcrübəni nəzərdə tutan layihədə müraciətlər əsasında qeydiyyata alınmış istedadlı gənclər Tufandağ Dağ-xizək Yay-Qış İstirahət kompleksinə aparılmış və orada nəzəri və praktiki olaraq təcrübəli təlimçi tərəfindən təlim və təcrübəsi keçirilmişdir.
Layihəni açıq elan edən layihə rəhbəri Ləman Muradova layihənin yaranma ideyasından danışaraq maliyyə dəstəyi göstərən Azərbaycan Respublikası Prezident yanında Gənclər Fonduna öz minnətdarlığını bildirib və iştirak edən həvəskar gənclərə uğurlar arzulayıb. Təlimdə Azərbaycan Turizm və Menecment Universiteti Tələbə Gənclər Təşkilatının sədri İlqar Quliyev iştirak edib. İlqar Quliyev son zamanlar ölkəmizdə turizim istiqamətli layihələrin tez-tez keçirilməsini qeyd edib və bu kimi layihələrin keçirilməsinin təşəbbüskarı gənclər olmasını təqdirə layiq hesab edərək, gənclərə uğurlar arzulayıb.

“Buz dövrü” layihəsinin sonunda gənclərə Sertifikatlar təqdim olunub və gənclərin bir qismi öz təssüratlarını paylaşmış, bu tip layihələrin daha çox olmasının arzuolunan olduğunu bildirmişlər.

12721676_843869782390030_656702407_n 12746403_843869729056702_985599396_n 12746515_843870465723295_812541026_n

Bir cavab yazın

Back to top button