29 Noyabr 13:32

C proqramlaşdırma dili nədir?

Program – hər hansı məsələni həll etmək üçün komputer dilində yazılmış kodlardır. Yəni biz məsələni həll etmək üçün komputerdə proqram yazırıq.

Proqramlaşdırma dili – proqramı yazmaq üçün isə bizə proqramlaşdırma dili lazımdır. Hal-hazırda çoxlu proqramlaşdırma dilləri var. Məsələn: C, C++, Java, Smaltalk, Pascal, Visual Basic, Visual FoxPro və s.

Proqramlaşdırma dillərin müxtəlif səviyyələri var. Əsasən 5 qrupa ayırırlar:

  • Çox yüksək səviyyəli dillər və ya vizual dillər: Access, FoxPro, Paradox, XBase, Visual Basic.
  • Yüksək səviyyəli dillər (Bunlara bəzən alqoritmik dillərdə deyilir): Pascal, Basic, Fortran.
  • Orta səviyyəli proqramlaşdırma dilləri: C, C++
  • Aşağı səviyyəli proqramlaşdırma dilləri: Assembly language
  • Maşın dili: Ən aşağı səviyyəli dil olub 0 və 1 lərdən ibarətdir.

Bundan başqa proqramlaşdırma dillərini ayrı 2 qrupa bölmək olar:

Prosedur proqramlaşdırma dilləri (Pascal,Basic), Obyekt yönümlü proqramlaşdırma dilləri (C++, C#, Java, Smaltalk ). Hər hansı proqramlaşdırma dilini istifadə etmək üçün isə bizə ilk növbədə kompilyator lazımdır. Kompilyator olduqdan sonra biz öz proqramımızı mətn redaktorunda (məsələn: Notepad) yaza bilərik. Lakin çox biz İDE, yəni proqramlaşdırmanın inteqrallaşmış mühitindən istifadə edirik. Sadə dillə desək, bizə bir mühit verilir, orda komponentlər olur və bunlardan istifadə edərək biz öz proqramımızı yazırıq. Və ən əsası proqramlaşdırmanı öyrənməyin yolu proqram yazmaqdır (təkcə oxumaqla proqramist olmaq olmaz). İngiliscə daha yaxşı çıxır. Learning programming is programming

 

C proqramlaşdırma dili

Unix əməliyyatlar sistemi üçün AT&T Bell Labs. lobarotoriyasında Dennis Ritçi (Dennis Ritchie) tərəfindən yaradılmışdır. Sintaksisinin rahatlığına görə C dili qısa zamanda məşhurlaşmış və proqramçıların ən sevimli dillərindən birinə çevrilmişdir. C dili hal-hazırda ən çox sistem proqramlaşdırması üçün istifadə edilir. Linux əməliyyat sisteminin nüvəsi (kernel) C dilində yazılmışdır.


Aşağı səviyyəli proqramlaşdırma dili

 

 

Kompyuterlərin ilk vaxtlarında istifadəsi çox çətin olan Maşın və Assembly dilləri istifadə edilirdi. Maşın dili, inkişaf etdirilən ilk proqramlaşdırma dilidir. Maşın dilində yazılan bütün əmrlər 0 və 1-lərdən ibarət idi. Bütün əmrlər incəliklərinə kimi bir şəkildə tanıdılır və iki bazalı rəqəmsal sistem istifadə edilərək kodlaşdırılırdı. Bu dillərin istifadəsi çox çətindir. Bu dillər və maşın dilinə yaxın olan dillər aşağı səviyyəli proqramlaşdırma dili hesab olunur.

YÜKSƏK SƏVİYYƏLİ PROQRAMLAŞDIRMA DİLİ

 

Bu dillərin öyrənilməsi , yazılması daha asandır. Bu dillər eyni zamanda daha yaxşı nəticələr əldə edər. Bu kimi yüksək səviyyəli dillərdə yazılan proqramlar maşın dilinə çevrilməlidir.

 

ÇOX YÜKSƏK SƏVİYYƏLİ PROQRAMLAŞDIRMA DİLLƏRİ

Bu dillərdək əsas xüsusiyyət istifadəçilərin kompyuterə bir şeyin necə edilməsini deyil, nə ediləcəyini ifadə etmələrinə kömək edir.

Məsələn; rəqəmlərin sıraya düzülməsi əməliyyatını etmək üçün bir yüksək səviyyəli dil ilə qarışıq bir məntiq istifadə edərək 15-20 sətirlik bir proqram yazmaq lazım olur. Bunun əksinə  çox yüksək səviyyəli bir dil ilə bir istifadəçinin edəcəyi iş; sıraya düzüləcək sahəni , sıralama əməliyyatının kiçikdən böyüyə mi yoxsa böyükdən kiçiyə mi ediləcəyini təyin etmək və ekrandakı bir ikona klik edərək ya da bir menyudan “sırala” əmrini seçərək sıralama əməliyyatını həyata keçirməkdir.

C dilinin səviyyəsi nədir?

C proqramlaşdırma dili aşağı səviyyəli dillərə nisbətən daha başa düşüləndir, çox yüksək səviyyəli dillərə nisbətən daha elastik bir dil olmasına görə ortada bir yerdədir. C dili maşın dilinə yaxın olduğu üçün həm avadanlıqlara xitab edər, həm də tətbiqlərin təkminləşdirilməsində istifadə edilir. C ilə proqramlaşdırmada kompyuterin hakimiyyəti daha çoxdur, daha az funksiya vardır. Bunun üçündə təchizat hesaba alınaraq proqramlaşdırma edilməsi lazım gəlir.

UNUTMAYAQ !

Aşağı səviyyəli və ya yüksək səviyyəli dil o deməkdir ki, dilin çatışmayan tərəfləri olduğunu hiss etdirməsin. Aşağı səviyyəli və ya yüksək səviyyəli dil deyilməsinin əsas səbəbi, dilin maşın dilinə yaxın və ya uzaq olmasıdır.

NƏYƏ GÖRƏ BİRİNCİ C ÖYRƏDİLİR?

 

  1. C proqramlaşdırma dili alqoritma məntiqini başa düşmək üçün istifadə edilə biləcək dildir. Güclü və çevik bir olması buna şərait yaradır.
  2. C üçün proqram inkişaf etdirmə mühiti (IDE) olduqca çoxdur.
  3. C dili daşınabiləndir, təchizatdan və əməliyyat sistemindən asılı deyildir. C dili ilə diqqətli bir şəkildə yazılmış bir proqram, hər kompyuterə köçürülə bilər.
  4. C sturukturlu bir proqramlaşdırma dilidir. Strukturlu nədir? Açıqlayım biraz:
  5. C kodları funsiya olaraq adlandırılmış alt proqramlardan yaradılmışdır. Bu C-yə strukturlu proqramlaşdırma xüsusiyyəti qazandırmış olur. Hal-hazırda strukturlu proqramlaşdırmanın yerini obyektə əsaslanan proqramlaşdırma almış olsa da proqramlaşdırmanın bünövrəsini, məntiqini öyrənmək və obyektə əsaslanan proqramlaşdırmaya keçmək üçün strukturlu proqramlaşdırmanı bilmək vacibdir.
  6. C++, Java, JavaScript, JavaApplet, PHP, C# kimi dillər C dilindən ilhamlanmışdır.

əsas sual: C ilə nələr edə bilərəm?

 

1- DRİVER YAZABİLəRSİNİZ !

Bildiyiniz kimi driverlər sistem üzərində tam səlahiyyətə sahib, ring 0 dediyimiz sistemin mərəkəzində işləyən sys formatlı fayllardır. C proqramlaşdırma dilini istifadə edərək driver yaza bilərsiniz!

2- Qrafika və oyun yaza bilərsiniz !

C dili şahmat, hərəkət edən top, oxçuluq və s kimi qrafik və oyun tətbiqlərinin inkişaf etdirilməsində istifadə edilir. Proqramlaşdırma dili olsun, daşdan olsun diyənlər üçün, C ilə oyun yazmağı sınayın!

3 Gizli sistemləri kodlaya bilərsiniz!

Paltaryuyan maşın, qabyuyan maşın, hesablayıcı maşın və s. C-ilə asan bilərik. Bu texnikaların sistemini C ilə kodlayaraq, idarə edə bilərsiniz

4- robot hazırlaya bilərsiniz!

Arduino kimi mikrosxema yoxlayan kartlarını istifadə edərək xəyalını qurduğunuz cihazları özünüz kodlaşdıra bilərsiniz!

 

5- əməliyyat sistemi

Unix – nüvə, Microsoft Windows proqramları, əməliyyat sistemi tətbiqləri və Android əməliyyatt sisteminin böyük bir hissəsinin C ilə yazıldığını bilirsinizmi?

 

6- Bir proqramlaşdırma dili də siz yaza bilərsiniz!

C# , Java , Limbo , JavaScript , Perl , UNIX’in C qabığı , PHP ve Python , dəyişkən həcmdə C’yi istifadə edir: Məsələn Python’da C standart kitabxanalar yaratmaq üçün istifadə edərkən,  C++, Perl və PHP kimi digərləri   C bünövrəli sözdüzümü və yoxlama strukturları istifadə edir.

7- hesablama platformaları!

C alqoritmaları və məlumat strukturlarını sürətlə tətbiqlər və proqramlarda daha sürətli hesablamaları asanlaşdırır. Bu, MATLAB və Matematika kimi daha yüksək dərəcələrdə hesablama tələb edilən tətbiqlərdə C-yi istifadəyi təmin etmişdir.

Proqram mütəxəssisi olmaq daimi özünüinkişaf, bilik və bacarıqların səviyyəsinin artması deməkdir.Bir texnologiyalar o biriləri əvəz edir.Proqram mütəxəssisi sənətinə yiyələnməklə siz heç vaxt işsiz qalmayacaqsınız. Bu proqramlara yiyələnmək üçün ölkəmizdə STEP Kompüter Akademiyası fəaliyyət göstərir. Proqram mütəxəssisi olmaq üçün lazımi proqramlar tədris olunur, beynəlxalq sertifikat verilir. Ətraflı məlumat üçün itstep.az veb saytına daxil ola bilərsiniz.

Bəyən və paylaş

Rəylər

rəy(lər)