C# Təlimçi vakansiyası

ATL Academy proqramlaşdırma sahəsini hərtərəfli əhatə edən və texnologiya sənayesinin tələblərinə cavab verən innovativ təhsil müəssisəsidir. Akademiyamızda Mühəndislik məktəbinin “Code School”, “Product School”, “Cloud Computing School” istiqaməti var . Code School Software Development Fundamentals, Backend və Frontend Software Development proqramlaşdırma təhsili üzrə ixtisaslaşmış bootcamp və seçməli dərslər formatında tədris həyata keçirir. Təlimlər geniş təcrübəyə malik mütəxəssislər tərəfindən hazırlanır və tələbələrə nəzəri biliklər ilə yanaşı, həm də praktiki biliklər öyrədilir. Vakansiya: C# Təlimçi Dərs saatları həftədə iki dəfə olaraq, iki saat nəzərdə tutulmuşdur. Ödəniş saat hesabı olaraq hesablanacaqdır. Dərslər offline olaraq nəzərdə tutulmuşdur və qrafik günün birinci yarısına uyğun olaraq, qurulucaqdır (səhər 10-12 və ya günorta 4-6). Tələblər;
  • C# üzrə mükəmməl səviyyədə nəzəri və təcrübi biliklərə sahib olması mütləqdir:
  • Tədris və ya mentorluq sahəsində iş təcrübəsi arzuolunandır;
  • Proqramçı olaraq minimum 4 il iş təcrübəsi;
  • İxtisaslaşma üzrə biliklər: C# libraries, SQL, API (REST/SOAP) .Net framework, Git, HTML5, CSS, JS, Boostrap, jQuery, OOP principles, Data Structured & Algorithms, Design Patterns, MVC, Code review, Clean Coding;
Tərəddüd etməyin,indi müraciət et.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az