#
11 Oktyabr 16:44

Çağrı mərkəzi sektorunun müdiri vakansiyası

Elektron xidmətlərin təşkili departamentinin
Çağrı mərkəzi sektorunun müdiriVəzifə və öhdəliklər:
• Çağrı mərkəzinin fəaliyyətinin qurulması və müvafiq müraciətlərin operativ qəbulu, baxılması, cavablandırılması, tələb olduğu halda digər informasiya xidmətlərinin göstərilməsinə rəhbərlik etmək;
• Daxil olan müraciət və sorğuların operativ qəbulunu və yönləndirilməsini təmin etmək;
• Agentliyin göstərdiyi xidmətlər haqqında ətraflı məlumatların verilməsi;
• Dövlət xidmətləri, Vətəndaş müraciətləri, İctimai xidmətlər haqqında müvafiq qanunvericilk aktlarını fəaliyyətində tətbiq etmək;
• Günlük və ya aylıq müvafiq statistik məlumatlar hazırlayaraq rəhbərliyə təqdim etmək;
• CRM sisteminin qurulmasında iştirak etmək;
• Vətəndaş məmnuniyyəti üzərinə fokuslanmaq;
• Verilən məlumatlar üzrə geridönüşlərin alınmasını təmin etmək;
• Komandanın müvafiq sahə üzrə inkişafını təmin etmək üçün müxtəlif təkliflər vermək;
• Sahə üzrə beynəlxalq təcrübəni öyrənmək və tətbiq etmək;
• Agentliyin korporativ normalarına uyğun komandanın xidmət göstərməsini təmin etmək;
• Qanunvericiliklə təsdiq olunmuş dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydalarına uyğun olaraq mərkəzin işini təşkil etmək.

Namizədə tələblər:
• İqtisadiyyat, psixologiya, sosiologiya, heyətin idarə olunması, menecment kimi sahələrdə ali təhsilin olması (magistr təhsili üstünlükdür);
• Azərbaycan dili, (ingilis və ya rus dilləri arzuolunandır);
• Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;
• Ünsiyyət yaratmaq, dinləmək və insan psixologiyası ilə bağlı ümumi biliklərə malik olması.

Şərtlər:
• Tam iş günü, iş qrafiki I-V günlər;
• Əmək haqqı müsahibə əsasında razılaşdırılır.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Çağrı mərkəzinin müdiri edumap.az” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Əks halda göstərilən vakansiya üzrə müraciətlər nəzərə alınmayacaq. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

 

Bəyən və paylaş

Rəylər

rəy(lər)