Çağrı mərkəzi üzrə operatorvakansiyası

“Sağlam Ailə” tibb mərkəzi Çağrı mərkəzi üzrə operatorvakansiyası elan edir. Vəzifə və öhdəliklər: • Çağrı Mərkəzinə edilən müraciətləri qəbul edir, aidiyyatı şəxslərə yönləndirir; • Tibbi xidmətlər üçün müraciət edən vətəndaşların qeydiyyatını aparır, pasiyent şikayət, istək, baxış və anamnez məlumatlarını nəzərə alaraq müayinənin həcmini və təyinatını dəqiqləşdirir, müvafiq təlimatlara uyğun qeydiyyatını aparır; Laborator və funksional müayinələr, onlara hazırlıq və aparılma qaydaları haqqında pasiyenti məlumatlandırır; • Çağrı mərkəzinə edilən müraciətlərin geri dönümlərini təşkil və icra edir; • Müvafiq təlimatlara uyğun aidiyyatı məlumatları pasiyentə verir; Namizədə olan tələblər: • Ali və ya orta texniki təhsil; • Azərbaycan, rus dili biliyi - əla; • Yüksək ünsiyyət qabiliyyətli, hədəf yönümlü və nəticəyə istiqamətlənmiş; Qeyd: • İş qrafiki: həftənin 6 günü, 1 gün istirahət; • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə; • Əmək haqqı müsahibə əsasında razılaşdırılır; • Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər; • Şirkət daxili təlim və inkişaf imkanları. Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Çağrı mərkəzi üzrə operator” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)[email protected]elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az