Çağrı Mərkəzi üzrə təmsilçi vakansiyası

VAKANSİYA: “Aztelekom” MMC, Çağrı Mərkəzi üzrə təmsilçi.

Əsas vəzifə və öhdəlikləri:
· Çağrı Mərkəzinə müraciət edən müştərilərə müvafiq standartlara uyğun xidmət vermək;
· Mövcud müştərilərə yeni xidmət və məhsulların təklif etməli və satmalı;
· Müştərı axının qarşısını almaq üçün təkliflər irəli sürməli;
· Müştərilərin şəxsi məlumatı ilə bağlı ciddi məxfiliyə riayət etməli;
· Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirməlidir.

Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:

· Orta ixtisas / ilk peşə təhsilli (ali təhsil arzuolunandır);
· Müştəri Xidmətləri sahəsində 1 il əmək stajı arzuolunandır;
· Azərbaycan dilini mükəmməl bilməli, rus və ingilis dilləri arzuolunandır;
· Peşəkar ünsiyyət psixologiyasını bilməli;
· Stressə davamlı olmalı;
· İnsanları inandırmaq vasitələri bilməli;
· Müştərini diqqət mərkəzində saxlamalı;
· Kompüter bacarıqlarına dair tələblər: MS Office və Outlook programlarını mükəmməl bilməli;
· İşgüzar yazışma əsaslarını bilməlidir.

MAAŞ GÖZLƏNTİSİNİ (CV-də) və müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Çağrı Mərkəzi üzrə təmsilçi Edumap.az) qeyd etməyinizi xahiş edirik.

E-ünvan: [email protected] e-ünvanına göndərə bilərsiniz.

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Bir cavab yazın

Back to top button