22 Oktyabr 16:29

Çağrı mərkəzinin operatoru vakansiyası

Fəaliyyətinə başladığı gündən etibarən insanların komfortunu və rahatlığını düşünən “MelissaGroup” tikinti şirkəti 2000-ci ildən etibarən inşaat sektorunda inamlı addımlarla irəliləməkdədir.

Hal-hazırda “Melissa Group”da yeni vakansiya mövcuddur:

Vəzifə: çağrı mərkəzinin operatoru

İş qrafiki: I növbə saat 09:00-dan 18:00-dək, II növbə saat 11:00-dan 20:00-dək

İş yeri: Bakı şəhəri

Vəzifə təlimatları:

• Çağrı mərkəzinə (Call center) daxil olan zənglərin cavablandırılması, satış və kampaniyalar haqqında müştərilərə ətraflı məlumatların verilməsi;
• Gün ərzində daxil olan zənglərin qeydiyyatının aparılması;
• Telefon zənglərinin şöbələrə və aidiyyatı şəxslərə yönəldirilməsi.

Vəzifə ilə bağlı tələblər:

• Azərbaycan və rus dillərində mükəmməl səviyyədə bilməli;
• Nitqi aydın və səlis olmalı;
• Fikrini düzgün şəkildə izahetmə qabiliyyəti olmalı;
• Səbrli və məsuliyyətli olmalı;
• Müvafiq sahədə iş təcrübəsi arzuolunandır;
• Yaş həddi: 19-27.

CV-lərinizi [email protected] ünvanına “çağrı mərkəzinin operatoru edumap.az” başlığı ilə göndərməyiniz və ya https://melissapark.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.

Bəyən və paylaş

Rəylər

rəy(lər)