Çağrı mərkəzinin operatoru vakansiyası

Bazarın liderlərindən biri olan “ParaBokt” ASC çağrı mərkəzinə operator vəzifəsinə işçi qəbulu elan edir. Karyeranı bu sahədə görür və bacarıqlarını inkişaf etdirmək istəyirsənsə, səni peşəkar komandamıza qoşulmağa dəvət edirik.

Əsas vəzifələr:

·      Daxil olan zənglərin qəbulu və emalı;
·      Müştərilərə kartlarla əməliyyatlar üzrə və kart hesabların informasiyası və konsultasiyası ilə təmin edilməsi;
·      Şirkətin məhsulları və xidmətləri haqqında məlumat verilməsi;
·      Kart sahiblərindən olan sorğu və müraciətlərlə bağlı sənədləşdirilməsi;
·      Müştəri sorğuların emalı;
·       Xidmətə qoşulmaq üçün müştərilərin cəlb edilməsi ;

Tələblər:

·      Ali təhsil;
·      Azərbaycan, Rus dillərini bilməli;
·      Çağrı mərkəzində operator olaraq 1-3 il iş təcrübəsi;
·      Stressə davamlılıq. Özünü idarə etmə və təşkilatçılıq qabiliyyəti;
·      Digər şəxslərlə ünsiyyət və münasibət qura bilmə bacarığı;
·      Qrafika uyğun komandada, çox funksional rejimdə, zaman məhdudiyyətinə ciddi riayət edərək çalışa     bilmə bacarığı;
·      Peşəkarlığın inkişaf etdirilməsi arzusu və buna hazırlıq;
·      Böyük həcmdə işlərə hazırlıq.
·      Doğru və aydın tələffüz, yaxşı diksiya və nəzakətli ünsiyyət bacarığı;
·      Kompüter proqramların bilmə bacarığı;

Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Çağrı mərkəzinin operatoru” başlığı ilə
[email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.

Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.

____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
                   Gənclərin Xəritəsi
İNSTAGRAM: @edumap.az

Related Articles