20 Avqust 11:32

“Canlandır!” teatr layihəsinə ərizə qəbulu başlanır

Niderland Krallığının Azərbaycandakı Səfirliyi və “ABŞ Təhsilli Azərbaycan Məzunları” İB-nin dəstəyi ilə həyata keçiriləcək “Canlandır!” teatr layihəsinə ərizə qəbulu başlanır

Layihənin əsas məqsədi yeni teatr pyeslərinin yazılmasına təkan vermək, yeni pyesləri teatr rejissorlarına nümayiş etdirib gələcəkdə onların səhnələşdirilməsini təmin etməkdir.

Layihənin ilkin mərhələsi “Pyeslərin yazılması” təlimi iki günü əhatə etməklə 31.08.2019 və 01.09.2018 tarixlərində (10.00-17.00) Bakı şəhərində baş tutacaqdır. Təlimdə pyes yazmağın əsas qaydaları, yazı qabiliyyətini mükəmmələşdirmək üçün praktiki tapşırıqlar olacaqdır. Təlim çərçivəsində yazılan pyeslərin səhnələşdirilməsi də mümkündür.

Layihənin davamı olaraq uğurlu pyeslər seçiləcək və onların rejissorlar tərəfindən səhnələşdirilmiş oxunuşu baş tutacaqdır.

3 fərqli mərhələdən ibarət olacaq və qeydiyyat üçün aşağıdakı linklərdən istifadə edə bilərsiniz:

I Pyeslərin yazılması üzrə təlim (31 avqust – 1 sentyabr) / (https://urlzs.com/KhVoV)
II Pyeslərin Qəbulu – (https://bit.ly/2YOkVNN) III Aktyorların seçim mərhələsi (3 sentyabr) / (https://urlzs.com/LwJTv) Qeydiyyat üçün son tarix 25 avqust 2019-cu ildir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)