Canlı Xalça ArtMob

Bu soyuq qış günlərində əyləncəli isinməyiniz üçün ən gözəl imkan! FMA Agency YARAT’la birgə Crystall Hall’da keçiriləcək “Canlı Xalça” layihəsinə başlayır.

Sən də Canlı Xalçamızın bir hissəsi ol və bizimlə əylən:
1) Qeydiyyatdan keç: http://bit.ly/1RxZEMe
2) Təyin olunan saatda kastinqə gəl
3) Rejissorun və rəssamın təlimi altında məşqlərdə, çəkilişdə iştirak et!

Hər bir iştirakçıya:
1. Nahara sendviç (yalnız tam məşq günləri);
2. Su və isti içkilər;
3. Aquatic Palace (idman kompleksi – https://www.facebook.com/bakuaquaticpalace/);
4. YARAT’ın Art layihəsində iştirakınız haqqında sertifikat.

Hər kəs qoşula bilər!
Xüsusi bacarıqlar tələb olunmur!
14 yaşdan 80 yaşa qədər iştirakçılar qəbul olunur!

Cədvəl:
21 yanvar (cümə): 14-18:00
22 yanvar (şənbə): 10-18:00
23 yanvar (bazar): 10-18:00

Məkan: CRYSTAL HALL

Əyləncəli anlar yaşamaq istəyirsinizsə dostlarınızı, rəfiqələrinizi, yaxınlarınızı da dəvət edin. 25 və 35 yaşdan yuxarı iştirakçılara ehtiyacımız var. Eyni zamanda siz unudulmaz bir layihə təcrübəsi qazanacaqsınız!

Bir cavab yazın

Back to top button