19 Mart 12:43

“Carlsberg Azerbaijan” MMC şirkətində tələbələr üçün iş təcrübəsi!

“Carlsberg Azerbaijan” MMC şirkətində tələbələr üçün iş təcrübəsi!

Carlsberg Azerbaijan” şirkəti tələbə və yeni məzun olanlara ödənişli təcrübə keçmək imkanı yaradır və sonradan şirkətimizdə, universitetdə təhsilini bitirdikdən sonra işə davam etmək təklifi edir.

“Carlsberg Azerbaijan”-da təcrübəçi, 3-cü kurs və yuxarı (magistr və aspirantura kursları daxil olmaqla), əyani bölmədə tədris alan tələbə ola bilər. Tələbələrlə əmək müqaviləsi (müəyyən sınaq müddəti ilə) təklif edilir. Təcrübə müddəti başa çatdıqdan sonra və yüksək nəticələr ilə işinin öhdəsindən qələn təcrübəçilərə, təcrübə və ixtisasına uyğun olaraq (şirkətdə uyğun vakansiya olduqda halda) daimi iş yeri təklif oluna bilər.

Təcrübəçi olmağın üstünlükləri:

“Carlsberg Azerbaijan”-da təcrübə nədir?

– İxtisasınız üzrə nadir və vacib olan təcrübə əldə etmək imkanı
– Professional və şəxsi bacarıqlarını artırmaq imkanı
– Universitetdə təhsil almaqla yanaşı nüfuzlu işə sahib olmaq imkanı
– Ən yüksək səviyyəli peşəkarlar qrupunun real layihələrində iştirak etmək imkanı

“Carlsberg Azərbaycan” Şirkətində təcrübəçi olmaq imkanı arzuladığınız karyeranıza doğru ilk addımınız ola bilər!

Təcrübə proqramına müraciət üçün məlumat

Tələb olunan ixtisasların siyahısı:

Mühəndis-mexanik
Elektroenergetika
Avtomatlaşdırma və Elektronika
Riyaziyyat
Marketinq
İqtisadiyyat
Maliyyə
Hüquq

Namizədlərə olan tələblər:

– 3-cü və yuxarı kurs tələbələri
– Azərbaycan və Rus dillərini səlist bilən (danışma və yazma), İngilis dilini bilənlərə üstunlük verilir
– Yüksək ünsiyyət bacarıqları olan
– İnternet Explorer və MS Office programlarını (Ms Word, Ms Excel) yaxşı bilən.

Prosesi necə başlamaq olar?

“Carlsberg Azerbaijan” Şirkətinin yay təcrübə proqramına seçimlərdə (test və assesment center) iştirak etmək istəyənlər 15 Aprel 2020 tarixinədək, [email protected] adresinə CV-lərini yönləndirə bilər.
CV-nizdə oxuduğunuz universitetin adı, ixtisasınız, bacarıqlarınız və iş təcrübəniz (olduğu halda) mütləq yer almalıdır.

Elektron məktubun mövzu bəlməsində «Yay Təcrürbə Proqramı Edumap.az» qeyd edilməlidir.

Bəyən və paylaş