Carlsberg Azerbaijan şirkəti tələbə və yeni məzun olanlara maaşlı təcrübə keçmək imkanı yaradır

Carlsberg Azerbaijan şirkəti tələbə və yeni məzun olanlara ödənişli təcrübə keçmək imkanı yaradır. Tələbələrlə əmək müqaviləsi (müəyyən sınaq müddəti ilə) təklif edilir. Təcrübə müddəti başa çatdıqdan sonra və yüksək nəticələr ilə işinin öhdəsindən qələn təcrübəçilərə, təcrübə və ixtisasına uyğun olaraq (Şirkətdə uyğun vakansiya olduqda halda) daimi iş yeri təklif oluna bilərlər.
Tələb olunan ixtisasların siyahısı:
Proqramçı (IT)
Elektroenergetik
Mexanik
Kimyaçı
Riyaziyyatçı
İqtisadçı
Maliyyə (Mühasibatlıq)
Avtomatika və elektronika
Namizədlərə olan tələblər:
– 3-cü və yuxarı kurs tələbələsi olan
– Azərbaycan və Rus dillərini səlis bilən (danışma və yazma), İngilis dilini bilənlərə üstunlük verilir
– Yüksək ünsiyyət bacarıqları olan
– İnternet Explorer və MS Office programlarını (Ms Word, Ms Excel) yaxşı bilən.
Necə iştirak etmək olar?
Seçimdə iştirak etmək istəyən şəxslər 15 aprel 2021-ci il tarixinə qədər https://lnkd.in/gQ3cJzB -keçidə daxil olaraq öz CV formalarını yükləyə bilərlər.
CV formasında təhsil aldığınız universitetin və iş təcrübəsinin (varsa) göstərilməsi mütləqdir.
“Vakansiyanın adı” qrafasında “Yay təcrübəsi proqramı” göstərilməsi mütləqdir.

Bir cavab yazın

Back to top button