9 Sentyabr 15:12

“Cavan” Gənclər Hərəkatı İctimai Birliyi “Manage your Project 4” layihəsinə start verir

Cavan yeni layihəyə qeydiyyat elan edir!

“Cavan” Gənclər Hərəkatı İctimai Birliyi “Manage your Project 4” layihəsinə start verir.

Layihə çərçivəsində 25 iştirakçı seçiləcək, seçilən iştirakçılara layihə yazılması, büdcə hazırlanması və layihələrin idarə edilməsi haqqında təlimlər keçiriləcək.

Qeyd edək ki, layihə 6 həftə ərzində həyata keçiriləcək. Təlimlər nəzəri və praktiki olmaqla 2 hissəyə ayrılacaq. Bununla da gənclər öz ideyalarını layihə formasına sala biləcəklər.

Layihə 21 sentyabr tarixindən başlayaraq Gənclərin İnkişaf və Karyera Mərkəzində baş tutacaq.

Qeydiyyat linki: https://bit.ly/2k33rdk
Müraciət üçün son tarix: 13 sentyabr

Bəyən və paylaş

Rəylər

rəy(lər)