17 Yanvar 19:57

Cavan “Öz Gedişini Et” adlı həvəskar şahmat turnirinə start verir

Öz Gedişini Et!

Cavan “Öz Gedişini Et” adlı həvəskar şahmat turnirinə start verir. Turnirin qaydalarına əsasən hər ayın sonuncu şənbə günü ayın turniri həyata keçiriləcək və ilk 3 yerin qalibləri müəyyən ediləcək. İlin sonunda bütün ayların qalibləri üçün yekun turnir təşkil ediləcək.

Ayın və ilin qaliblərinə Cavan tərəfindən qiymətli hədiyyələr təqdim ediləcək.

Bir daha qeyd edək ki, turnir gənc, həvəskar şahmatçılar üçün təşkil edilir.

Turnirdə iştirak ödənişsizdir.

26 yanvar təşkil olunacaq ilk ayın turnirinə qeydiyyat üçün link: https://goo.gl/iM2Yyw

Bəyən və paylaş

Rəylər

rəy(lər)