Cavan Urban Fest

“Cavan Urban Fest”in ilk master-klassını təqdim edirik!
Festivalın ilk günündə 20 ildən çox rəqs təcrübəsinə sahib olan, “Nero Dance Center”in direktor və baş xoreoqrafı Emin Useynov (@emus_nero ) bizimlə olacaq.
“Formula1” , “Jara”, “Zima”, “Türkvision”, “Youthvision”, “Səs Azerbaycan” kimi layihələrə xoreoqraflıq edən Emus Nero həm də bir çox beynəlxalq rəqs yarışlarının qalibidir.
“Cavan Urban Fest”də onun jazz-funk üzrə rəqs master-klassında iştirak etmək üçün qeydiyyat linki: https://forms.gle/xSfXUg1gQLyaFRNx8
Məkan: Bakı Avropa Oyunları Parkı
Tarix: 28 may, saat 13:00
Master-klassda iştirak tamamilə ödənişsizdir.
Layihə Azərbaycan Gənclər Fondunun dəstəyi, "Cavan" Gənclər Hərəkatının təşkilatçılığı ilə keçirilir.
____________________________________________________________________________________________________________
“Hip-hop” sevənlər onu yaxşı tanıdı! Bəli, “Cavan Urban Fest”də Zico Firestar da bizimlə olacaq!
“Hip-hop” rəqsi üzrə keçiriləcək master-klassda təlimçimiz olan Zico (@zicofirestar ) Azərbaycanda “hip-hop freestyle” sənətinin pioneri hesab olunur. O, dəfələrlə Azərbaycan çempionu adına layiq görülmüş və müxtəlif beynəlxalq yarışlarda ölkəmizi təmsil etmişdir.
Artıq 14 ildən çoxdur ki, “hip-hop”la məşğul olan və 9 ildir ki, müəllim kimi də fəaliyyət göstərən Zico Firestar"ın rəqs təlimində iştirak etmək üçün qeydiyyat linki: https://forms.gle/WpZRVuUJBFnxjhx96
İştirak üçün isə peşəkar rəqslə məşğul olmanız mütləq deyil. Bütün həvəskarları gözləyirik!
Məkan: Bakı Avropa Oyunları Parkı
Tarix: 28 may, saat 19:00
Master-klassda iştirak tamamilə ödənişsizdir.
Layihə Azərbaycan Gənclər Fondunun dəstəyi, "Cavan" Gənclər Hərəkatının təşkilatçılığı ilə keçirilir.
_________________________________________________________________________________________________________________
“Breakdance” sevənlərə şad xəbərimiz var! “Cavan Urban Fest”də Zəvvar Kərimov (@z_war_cfc ) sizin üçün ödənişsiz master-klass keçəcək.
12 illik rəqs təcrübəsinə malik olan B-boy Z-war “Caspian Flava Crew” komandasının üzvüdür. Bu illər ərzində o, Formula 1, 42-ci Şahmat Olimpiadası, European Youth Olympic Festival kimi böyük layihələrdə çıxış edib.
2017-ci ildən bəri gənclər üçün “breakdance” yarışları təşkil edən Z-war həm də “hip-hop, “breakdance” üzrə rəqs dərsləri verir.
Əgər siz də bu rəqs təliminə qatılmaq istəyirsinizsə, link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz: https://forms.gle/9B3asC2XqhRWAQYh9
İştirak üçün isə peşəkar rəqslə məşğul olmanız mütləq deyil. Bütün həvəskarları gözləyirik!
Məkan: Bakı Avropa Oyunları Parkı
Tarix: 28 may, saat 16:00
Master-klassda iştirak tamamilə ödənişsizdir.
Layihə Azərbaycan Gənclər Fondunun dəstəyi, "Cavan" Gənclər Hərəkatının təşkilatçılığı ilə keçirilir.
_____________________________________________________________________________________________________________
Urban mədəniyyətinin ən məşhur növlərindən sayılan divarda rəsm çəkmə üzrə master-klassda AZY bizimlə olacaq!
O, “Cavan Urban Fest”də bu sahəyə yeni başlayanlarla öz 13 illik təcrübəsini bölüşəcək.
Məşhur brendlərlə çalışan AZY (@azyadeon ) özünəməxsus yanaşması ilə seçilərək müasir incəsənətin əsaslarını yerli rəng elementləri ilə birləşdirmişdir.
"Maiden Tower. To be a Woman-Women for Peace", All4One, Shahdag Graffiti Festival kimi yerli layihələrdən əlavə, bir çox beynəlxalq festivallarda da iştirak edib.
Əgər siz də divar rəsmləri üzrə təlimə qatılmaq istəyirsinizsə, link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz.
İştirak üçün isə peşəkar rəssamlıqla məşğul olmanız mütləq deyil. Bütün həvəskarları gözləyirik!
Məkan: Bakı Avropa Oyunları Parkı
Tarix: 28 may, saat 14:30
❗ Master-klassda iştirak tamamilə ödənişsizdir.
Layihə Azərbaycan Gənclər Fondunun dəstəyi, "Cavan" Gənclər Hərəkatının təşkilatçılığı ilə keçirilir.
________________________________________________________________________________________________________________
"ALL STYLES" rəqs yarışmasına qeydiyyatı açıq elan edirik!
"Cavan Urban Fest" layihəsi çərçivəsində keçiriləcək yarışmada müxtəlif rəqs növlərindən olan rəqqasların iştirakı mümkündür.
Bu yarışmanın əsas özəlliyi isə odur ki, musiqi əvvəlcədən DJ tərəfindən seçilir və iştirakçının rəqs edəcəyi musiqidən öncədən xəbəri olmur.
Əgər siz də "ALL STYLES" rəqs yarışmasına qatılmaq istəyirsinizsə, link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz: https://forms.gle/3oCibFGKBoshH6vz7
Məkan: Bakı Avropa Oyunları Parkı
Tarix: 30 may, saat 13:00
Yarışmada iştirak tamamilə ödənişsizdir.
Layihə Azərbaycan Gənclər Fondunun dəstəyi, "Cavan" Gənclər Hərəkatının təşkilatçılığı ilə keçirilir.
_________________________________________________________________________________________________________________
Bu dəfə qarşınıza skeytbord master-klassı ilə gəlirik!
"Cavan Urban Fest" layihəsi çərçivəsində keçiriləcək master-klassda Denis Rahmanin öz 20 illik təcrübəsini iştirakçılarla bölüşəcək.
Bir çox festival və yarışların həm iştirakçısı, həm təşkilatçısı olan Denisin artıq öz sketybord məktəbi də (@skateschoolbaku ) var. O, 2 ildir ki, bu məktəbdə peşəkar skeytbordçular yetişdirir.
Əgər siz də skeytbord üzrə təlimə qatılmaq istəyirsinizsə, link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz: https://forms.gle/krEP43WtXKKRQCk78
İştirak üçün isə peşəkar olmanız mütləq deyil. Bütün həvəskarları gözləyirik!
Məkan: Bakı Avropa Oyunları Parkı
Tarix: 28 may, saat 17:30
Master-klassda iştirak tamamilə ödənişsizdir.
Layihə Azərbaycan Gənclər Fondunun dəstəyi, "Cavan" Gənclər Hərəkatının təşkilatçılığı ilə keçirilir.
_________________________________________________________________________________________________________
Skeytbord yarışı üçün qeydiyyatı açıq elan edirik!
Artıq Olimpiya Oyunlarında da izlədiyimiz skeytbord həyəcanını bu dəfə "Cavan Urban Fest"də yaşayacağıq.
Özünə və skeytinə güvənən hər kəsi festivala dəvət edirik.
Əgər siz də skeytbord yarışına qatılmaq istəyirsinizsə, link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz: https://forms.gle/k25PKA3s5cacqJFS8
Məkan: Bakı Avropa Oyunları Parkı
Tarix: 29 may, saat 13:30
Yarışmada iştirak tamamilə ödənişsizdir.
Layihə Azərbaycan Gənclər Fondunun dəstəyi, "Cavan" Gənclər Hərəkatının təşkilatçılığı ilə keçirilir.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az