“Çay saatı”

Çaysevərlər üçün yeni “Çay saatı” layihəmiz!

Kəkllikotulu çay + səmimi insanlar + danışmağa maraqlı mövzu= Hər şənbə günü Headway
Həftənin yorğunluğunu çıxarmaq üçün artıq düşünüb plan qurmanıza ehtiyac yoxdur. Bilirsiniz niyə? Çünki Headway-in çay saatı əsl istirahətdir. 

Çay saatına qoşularaq siz:
– Yeni insanlarla tanış olacaqsınız
– Rahat məkanda səmimi insanlarla vaxt keçirəcəksiniz
– Hər həftə xüsusi qonaqlarımızla söhbət edib, yeni məlumatlar əldə edəcəksiniz
– Ən əsası isə dadlı və əvəzsiz çayımızdan içəcəksiniz
İlk “Çay saatı” 9 Aprel 18:30-da.

Xüsusi qonağımız isə Qrafik dizayn sahəsində 7 illik təcrübəyə malik Rəsul Həsənovdur.
Qonağımız ötən il çəkdiyi rəqəmsal portretlərdən ibarət “Düha” adlı sərgi keçirib. Yayda isə yeni portretlər əlavə olunmuş bir sərgi daha keçirməyi planlaşdırır

Rəsul ilə diskussiyanız çox maraqlı keçəcək

Qeydiyyat üçün aşağıdakı formu doldurmanız kifayətdir.
http://goo.gl/forms/oOrgqvvM1h

Ünvan:
AF Business House, 5-ci mərtəbə
Əlaqə:
012 599 04 16
055 494 04 16

Bir cavab yazın

Back to top button