26 Oktyabr 14:46

Cəlalə Nəzəroğlunun təqdimatında “Diksiya” təlimi

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ)Jurnalistlər İşçi qrupu sizləri Cəlalə Nəzəroğlunun təqdimatında “Diksiya” təliminə dəvət edir.
Əziz gənclər!
İxtisasıdan asılı olmayaraq hər kəs üçün gözəl danışıq vacibdir .Nitqinizi daha da mükəmmələşdirmək istəyirsiniz? Ləhcədən istifadə etmədən səlist ədəbi dildə danışmaq üçün çalışırsız? Kompleksləri atıb audutoriya qarşısında sərbəst durmaq istəyirsiniz?O zaman, bu təlim sizin üçündür.

Cəlalə Nəzəroğlu – Azərbaycanın tanınmış jurnalisti, teleaparıcısı və natiqlik sənəti üzrə mütəxəssisidir. Xəzər Televiziyasında “Xəzər Xəbər”-in aparıcısı və bölgə xəbərlərindən məsul redaktor, İnterAz televiziyasının “Xəbərlər” departamentinin rəhbəri kimi fəaliyyət göstərib. Hal-hazırda “ASAN Radio”da fəaliyyət göstərir.”Danışığınla həyat qazan” kitabının müəllifidir.

Təlimdə aşağıdakı mövzulara toxunulacaq:
• Nəfəs,səs artikulyasiya
• Diksiya-fonetika
• Təsirli danışıq
• Danışıq dərsi
• Auditoriya qarşısında çıxış
• Bədən dili

Tarix: 29 oktyabr 2016-cı il
Saat: 15:00
Qeydiyyat üçün: https://goo.gl/yYMdtS Qeyd:Giriş sərbəstdir
Məkan:ATGTİ-nin qərargahı (28 may küçəsi,9/13; 23 nömrəli məktəblə üzbəüz)

Bəyən və paylaş

Rəylər

rəy(lər)