Cəmiyyətdə fərq yaratmaq istəyən yaradıcı gənclər üçün könüllü təcrübə proqramı

Cəmiyyətdə fərq yaratmaq istəyən yaradıcı gənclər üçün könüllü təcrübə proqramı Yeni yaradılacaq Dəstəkçi layihəsi cəmiyyətdə fərq yaratmaq istəyən yaradıcı gənclər üçün təcrübə proqramı elan edir . Dəstəkçi - resurslara ehtiyacı olan və cəmiyyətə faydalı bir təşəbbüsü olan şəxs, təşkilat və təşəbbüs qruplarını və onların bu ehtiyaclarını qarşılayacaq dəstəkçiləri( fiziki şəxslər, şirkətlər, təşkilatlar) onlayn platforma vasitəsilə bir araya gətirən sosialsahibkarlıq layihəsidir.   Dəstəkçi layihəsinin məqsədi:
  • İdeyası və ya layihəsi olub resurs çatışmazlığından fəaliyyətə başlaya bilməyənlərə resurs əldə etməkdə köməklik,
  • İdeyası olub təkbaşına faəiyyətə başlaya bilməyənlərə komanda yoldaşı tapmaqda köməklik,
  • Layihəsi olub ancaq partnyorsuz faəliyyətə başlamaqda çətinlik çəkənlərə partnyor tapmaqda köməklik,
  • Dəstək vermək istəyən şəxs və şirkətləri dəstəyə ehtiyacı olan təşəbbüs sahibləri ilə əlaqələndirməkdir.
  Bizlər ancaq cəmiyyət olaraq bir-birimizə dəstək göstərməklə daha çox inkişaf edəcəyimizə, ən sadəsindən tutmuş, ən mürəkkəb problemlərin üstəsindən gələcəyimizə inanırıq. Bizim üçün cəmiyyətin inkişafına gedən ilk yol birlikdəlik yoludur. Cəmiyyət olaraq bir - birimizə dəstəyimizlə daha yaxşı bir gələcək dizayn edə bilərik.   Adına DƏSTƏKÇİ dediyimiz bu layihə insanların ehtiyac duyduqları zaman dəstək tapmalarına və bacardıqları zaman kömək edə biləcəkləri yerləri və şəxsləri tapmasında dəstək göstərən bir layihə olacaq.   Əgər siz də cəmiyyətə fayda verərək çalışmaq və özünüzü inkişaf etdirmək istəyirsinizsə elanı axıra kimi oxuyun. Dəstəkçi layihəsi aşağıdakı istiqamətlər üzrə aktiv, yaradıcı və özünü inkişaf etdirmək istəyən gənclərin müraciətlərini gözləyir.
  • Layihələrin idarə olunması üzrə koordinator
  • Sosial media menecer
  • Qrafik dizayner
  Namizədlərə tələblər:
  • Öyrənməyə və inkişafa həvəsi olan
  • Araşdırma qabiliyyətli
  • Komandada işləmə bacarığına sahib
  • Yaradıcı və innovativ düşüncəli
  • İşinə qarşı məsuliyyətli
Bəs biz sizə nə təklif edirik?
  • Cəmiyyətə faydalı layihədə təcrübə keçmək və çalışmaq imkanı; • Yüksək komanda ruhunda əməkdaşlıq; • Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək karyera qurmaq imkanları; • Fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək üçün əlverişli mühit;
  Təcrübə müddəti: 3 ay   Müraciət üçün [email protected] ünvanına CV və niyə bu komandanın bir parçası olmaq istədiyinizi izah edən motivasiya məktubunuzu göndərin. Mövzu hissəsinə müraciət etdiyiniz sahəni qeyd etməyi unutmayın. Mürəciətlərin son qəbul tarixi: 20 yanvar 2022-ci il
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az