Cənub bölgəsinə mediatur təşkil edilib

Jurnalistlər bölgənin ekoturizm və aqroturizm məkanları, onların təqdim etdikləri xidmətlərlə tanış olublar Avropa İttifaqnın maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran, Masallı, Lerik və Astara rayonları ərazində yerləşən və layihəyə cəlb olunan aqro-turizm məntəqələrinə mediatur təşkil edib. 22-24 Aprel 2022-ci il tarixlərində baş tutan səfərdə 18 müxtəlif media orqanini təmsil edən 21 jurnalist səfərdə iştirak edib. Səfərin birinci günü Astara rayonunun Sım kəndində yerləşən “Bal Qayası” turizm müəssisəsinə, Astara rayonu, Səncərədi kəndində yerləşən “Yaşıl Göl”ə, Astara rayonu, Kijəbəb kəndinə yerləşən “Balıqçı Abi” və günün sonunda Lənkəran rayonunda yerləşən “Citrus Valley” turizm məntəqələrini ziyarət etdilər. Səfərin 2ci günü Lerik rayonu Piran kəndində yerləşən “Bal süfrəsi”, Lerik rayonu Bilnə kəndində yerləşən “Səfalı Göl”, Masallı rayonu Boradigah kəndində yerləşən “Misgərlik” və günün sonunda Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən “Obal” turizm məntəqələrini ziyarət etdilər Hər bir aqro-turizm məkanında keçirilən təqdimatlar jurnalistlər tərəfində qeydə alınıb və səfərdən döndükdən sonra Azərbaycan səfəlı bölgələrindən olan Cənub bölgəsi üzrə reportajlar hazırlayaraq mənsub olduqları mediada işıqlandırıblar.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az