1 Sentyabr 23:53

Cənub bölgəsində ölkə gəncləri üçün yeni bir layihənin icrasına başlanılır

Cənub bölgəsində ölkə gəncləri üçün yeni bir layihənin icrasına başlanıldı

 

 

Lənkəranda yerləşən “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən cənub bölgəsində “Gənclərin insan hüquqları mövzusunda maarifləndirilməsi və onlar arasında milli-mənəvi dəyərlərin təbliği” adlı layihənin həyata keçirilməsinə başlanılmışdır. Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun 7500 (yeddi min beş yüz) manatlıq maliyyə dəstəyi ilə həyata keçirilir.

Layihənin məqsədi insan hüquqları və milli-mənəvi dəyərlərin təbliği sahəsində Azərbaycanda yaşayan milli azlıqlar, azsaylı xalqlar və etnik qruplardan olan gənclərin ölkə miqyasında maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etmək, onların həyat tərzi, dili, dini, adət-ənənələri, mədəniyyət mərkəzləri, KİV və internet resursları ilə yaxından tanış olmaq, respublikamızdakı multikulturalizm və toleyrantlıq modelini tədqiq və təbliğ etmək ibarətdir.

Layihənin müddəti 3 ay olmaqla, 01 sentyabr – 01 dekabr 2019-cu il tarixlərini əhatə edəcəkdir. Layihə çərçivəsində respublika üzrə müxtəlif etnosların (milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların nümayəndələri) təmsilçiləri olmaqla, 18-35 yaş arası 25 nəfər gənc üçün respublikamızda mövcud olan multikulturalizm və toleyrantlıq mövzusunda Lənkəran şəhərində yerləşən “Lüks Lənkəran” otelində, habelə Astara və Lerik rayonlarında 18-20 oktyabr tarixlərində 3 günlük nəzəri-praktik konfrans (panel müzakirələr və infoturlar) təşkil olunacaqdır. Tədbirdə iştirak edən gənclərə sertifikatlar veriləcəkdir.

Məlumat üçün bildirək ki, konfransda iştirak etmək istəyən gənclər MAGİYA ictimai birliyinin www.epsaya.az adlı internet səhifəsinin “Yeniliklər” bölümünün “Elanlar” hissəsində (http://epsaya.az//view_elan.php?id=190) yerləşdirilən müvafiq ərizə formasını dolğun formada (sualların boş buraxılmaması, E-mail və telefon nömrələrinin dəqiq qeyd olunması və s.) doldurub 30 sentyabr 2019-cu il, Saat 24.00-adək aşağıdakı elektron ünvana təqdim etməlidirlər:

[email protected]

Əlavə edək ki, 3 günlük tədbir zamanı bütün iştirakçıların çay-kofe, yemək və oteldə qalmaq xərcləri (3 gecə) layihə çərçivəsində MAGİYA ictimai birliyi tərəfindən ödəniləcəkdir.

 

MAGİYA ictimai birliyinin Mətbuat Katibliyi

Əlaqə vasitələri:

(0 51) 814 44 42, [email protected], Nilufər Mahmudzadə

Lənkəran şəhəri, Heydər Əliyev prospekti 3, AZ 4200,

İnternet səhifəsi: www.epsaya.az, E-mail: [email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)