“Cənubi Qafqazda ərazi-sərhəd dəyişiklikləri: tarix və müasirlik” mövzusunda respublika elmi konfransı

Sentyabrın 24-də AMEA-nın Qafqazşünaslıq İnstitutunda keçiriləcək “Cənubi Qafqazda ərazi-sərhəd dəyişiklikləri: tarix və müasirlik” mövzusunda respublika elmi konfransına məqalə qəbulu davam edir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfrans XIX əsrdə ermənilərin Cənubi Qafqaza köçürülməsi və ərazi dəyişiklikləri, 1918-1920-ci illərdə Cənubi Qafqazda ərazi-sərhəd məsələləri və Ermənistanın yaradılması, sovet dövründə ərazi-sərhəd məsələləri, 1991-ci ildən sonra Cənubi Qafqazda ərazi işğalları və nəticələri bölmələrini əhatə edəcək.

Konfransda iştirak etmək istəyənlər tezislərini sentyabrın 10-dək [email protected] ünvanına göndərə bilərlər. Konfransın Elmi Komitəsinin tezislər barəsində qərarı haqqında müəlliflər sentyabrın 15-də məlumatlandırılacaq. Yalnız müsbət rəy alan tezislər qəbul və dərc ediləcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir