“CƏSUR KADET” sınaq günləri keçiriləcək

“CƏSUR KADET” sınaq günləri keçiriləcək
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə, mayın 10-dan 15-dək “Cəsur kadet” sınaq günləri keçiriləcək.
Hərbi Qənimətlər Parkının yanında hazırlanmış xüsusi zonada təşkil ediləcək tədbirin əsas məqsədi hərbi-vətənpərvərlik ideyalarının təbliği, gənclərin fiziki hazırlığına və sağlam həyat tərzinə diqqətin artırılmasıdır.
 Mayın 10-da “Şahin” hərbi-idman oyununun final mərhələsi ilə start götürəcək yarışlarda zonalar üzrə qalib gəlmiş 18 komanda mübarizə aparacaq.
 Mayın 11-dən 15-dək isə hər bir vətəndaş müxtəlif yaş qrupları və normativlər üzrə öz bacarıqlarını sınaya bilər. Tədbir bütün əhali üçün açıq olacaq, iştirak üçün öncədən qeydiyyata ehtiyac yoxdur.
 Hər kəs aşağıdakı hərbi və fiziki tapşırıqları yerinə yetirməklə müvafiq sertifikat əldə edə bilər:
– Qaçış;
– Turnikdə dartınma;
– Taxta hasarın üstündən keçməklə maneənin dəf olunması;
– Kəndir vasitəsilə “təhlükəli zolağın” qət olunması;
– Kəndir vasitəsi ilə yüksəkliyə dırmanma və yüksəklikdən enmə;
– Sürünməklə maneənin dəf olunması;
– İstehkamda yerləşərək hədəfə “qumbara” atma.
 Gəlin, əzmkarlığınızı nümayiş etdirin, mükafatçılardan biri olun!
_______
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
                   Gənclərin Xəritəsi
İNSTAGRAM: @edumap.az

Related Articles