12 Avqust 11:07

Change Your Lifestyle – Həyat Tərzini Dəyiş

AIESEC və Advanced Education birgə təlim proqramı elan edir!
Təlimlər 1 ay ərzində həftədə 3 dəfə olmaqla keçiriləcək. Təlim sağlam həyat tərzinə, həyat tərzini dəyişməklə həyat keyfiyyətinin yaxşılaşdırılması mövzusuna həsr olunub. Təlimlərin 90% də iştirak etmiş, iştirakçılara AIESEC və Advanced Education tərəfindən sertifikatlar təqdim olunacaq. Təlimi tədris edən təlimçilər Misir, Rusiya, Ukrayna və Vyetnamdandır. Təlimin dili ingiliscədir.
Təlim əsasən tələbələr üçün nəzərdə tutulub, xüsusən tibb, psixologiya, biologiya və sosiologiya üzrə təhsil alan tələbələr üçün və ya bu sahələr üzrə təhsilini davam etdirmək istəyən yuxarı sinif şagirdləri üçün maraqlı ola bilər.

Qeydiyyat: https://advanced.az/qeydiyyat/
*Qeyd – təlimdə iştirak tamamilə pulsuzdur.
Əlavə məlumat üçün Tel/Whatsapp: 070 999 18 88, 070 911 18 88,
Ünvan: Mirzə İbrahimov küç. 22/24 (Fəvvarələr Meydanının yanı)

Bəyən və paylaş

Rəylər

rəy(lər)