Şirkət haqqında:
Şirkət adı: Gamboo
Chief Marketing Officer
Dostlar, 6 aydır ki, aktiv olaraq üzərində işlədiyimiz və qlobal bazarı hədəflədiymiz
startapımız üçün yeni komanda yoldaşı axtarırıq. Əvvəlcə layihə haqqında qısa
məlumat verim. Məqsədimiz Proqramlaşdırma, Süni İntellekt, Data Science kimi texniki
sahələr üzrə iş simulasiyasına əsaslanan platforma ilə ilk öncə Türkiyə, daha sonra isə
Amerika bazarına açılmaqdır. Sevinc hissi ilə deyə bilərik ki, ilkin investisiyamızı əldə
etmişik və indi də 7 nəfərdən ibarət olan komandamıza “Əjdaha” bir marketoloq
axtarırıq.
İlk öncə komandamıza qatılmaqla nə əldə edəcəksiniz, onları qeyd edək:
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
- Mehriban kollektivlə işləmək şansı (yemək aralarında aşbazlıq yarışı keçirdiyimiz
doğrudur.)
- Startup mühiti, korporativ stildə deyil də, “flat” rejimdə fəaliyyət.
- Rəsmi müqavilə, komandada olan hər bir şəxsin rəsmi iş müqaviləsi mövcuddur.
- Məsələnin ən canalıcı nöqtəsi isə, komandanın əsas üzvlərinə KPI-lara çatdıqca
startapdan hissə verilməsidir :)
- Ən əsası, birlikdə davamlı şəkildə bir-birimizdən öyrənəcəyimiz, inkişaf
edəcəyimiz bu proqressiv yolda birlikdə addımlayacağımız səmimi mühitin
mövcudluğu.
Komanda yoldaşımız üçün gözləntilərimiz:
● Biznes və ya marketinq üzrə bakalavr dərəcəsi olan namizədlərə üstünlük
verməyi planlayırıq.
● Öyrənmək həvəsi, startap ruhuna uyğunlaşan və risk almağı sevən biri.
● Yüksək səviyyədə yazılı, şifahi ingilis, türk və azərbaycan dili bacarığı. Qlobal
bazarı hədəflədiyimiz üçün ingilis dili bizim üçün çox önəmlidir.
● Marketinq və digital marketing üzrə minimum 1 il iş təcrübəsi.
● Markanın strategiyalarını başa düşməklə yanaşı onları nümayiş etdirmək
bacarığı. Yəni həm sözü, həm əməli əjdaha olan dostlara ehtiyacımız var.
● Analitik düşünmə, problemi həll etmə bacarığı.
● Müsahibədə “3 mənfi xüsusiyyətiniz nədir?” sualına “mükəmməliyyətçilik və
xırda məqamlara çox diqqət yetirməyim” deyə cavab verərkən həqiqəti deyən
dostları axtarırıq.
● Analitika ilə təcrübə, CRM sistemləri və monitorinq alətləri haqqında bilik və
bacarıqların olması üstünlükdür.
● Türkiyə bazarı ilə işləmiş olması da bizim üçün üstünlüktür.
● Rəqəmsal marketinq strategiyalarının geniş perspektivdə hazırlanması və həyata
keçirilməsi ilə bağlı təcrübə.
● Brend yaratmaq və idarə etmək təcrübəsi.
● İnandırıcı ünsiyyət və təqdimat bacarığı. Belə ki, qatığın qara olmasını elə şəkildə
sübut etsin ki, inanmaq istəyək:)
● Yüksək səviyyədə yaradıcılıq və maarifləndiricilik. Bu yaradıcılığın sərhədi
olmayan bir proyekt və mühit formalaşdırmaq istəyən komandamız üçün çox
mühümdür.
● Layihə idarəetmə və klişe halını almış məhdud vaxtda təzyiq altında işləmə
bacarıqları. (startap mühitinin təzyiqi bir başqa maraqlı olur)
● Startap mühitində iş təcrübəsi üstünlükdür.
● Google Analytics, Facebook ads, instagram ads və s. Kimi digital marketing
alətləri ilə işləmə bacarığı.
İndi isə proyektimizin Chief Marketing Officer-i vəzifəsində görüləcək işlərdən danışaq
● Startapın məqsədini irəli aparan və dəstəkləyən geniş marketinq strategiyalarının
hazırlanması.
● Həm B2B, həm də B2C-ə yönəlmiş bütün rəqəmsal, brend və digər marketinq
qollarına rəhbərlik.
● Şirkətin brendin strategiyası əsasında sosial media marketinq fəaliyyətini effektiv
şəkildə həyata keçirməsi.
● Marketinq kompaniyaları üçün büdcələr yaradılması və onların idarəsi. ROI
izlənilməsi və hesabatın təqdimatı.
● Brend məqsədlərinin dəstəklənməsi, bu məqsədlər ilə bazara çıxmaq üçün
innovativ və qeyri-ənənəvi yolların hazırlanması.
● Kontentin yaradılması, paylaşılması və saxlanması üçün mövcud təcrübələrdən
ən yaxşı şəkildə istifadə.
● A/B testlər ilə işlənilməsi və bu metodu təcrübə edərək ən ideal yolun tapılması
● Həm qısa, həm də uzun müddətli marketinq strategiyasını, məqsədlərini
dəstəkləyən və genişləndirən kontent planının tərtibatı.
● Marketinq kompaniyası və kontentin ümumi biznes strategiyasına uyğun
olmasına və ən əsası tərəflərin ehtiyaclarının ödənməsini təmin etmək üçün digər
şöbələrlə sıx əməkdaşlıq.
● “Growth Hacking” fəaliyyətləri.
● Brendin həyata keçirilməsi üçün daxili brendinq təşəbbüslərinə və layihə
axınlarına rəhbərlik.
● SEO, “Google analytics”, “Digital ads” (facebook ads. etc) kimi platformalarda
fəaliyyətin aparılması.
● Prosesdə ehtiyac duyula biləcək bilik və bacarıqların öyrənilməsi. Və hər
StartUp-da olduğu kimi “Hamı hər şeyi edəcək” prinsipi ilə bacara biləcəyi hər işi
faydalı iş əmsalını nəzərə alaraq mənimsəməsi.
Özünə güvənən, “Gamboo-nu mən dünyaya tanıdacam” deyən marketing-çilər subject
hissəsində “CMO” yazaraq [email protected] email ünvanına cv
esume lərini göndərsinlər.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur