6 Noyabr 18:04

Çin Xalq Respublikası 2020-2021-ci tədris ili üçün təqaüd proqramı elan edir

Çin Xalq Respublikasının Tsinqua Universiteti İctimai Sağlamlıq üzrə Beynəlxalq Magistratura (İnternational Master of Public Health) proqramına qəbul elan edir.

“Çinin mükəmməl Gəncliyi Sxemi-Magistratura Proqramı üzrə Çin Hökümətinin Təqaüdü” (Youth of Excellence Scheme of China-Master of Chinese Government Scholarship) layihəsi çərçivəsində elan edilən təqaüd proqramı 2020-2021-ci tədris ilini əhatə edir.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları 2020-ci il martın 1-dək http://gradadmission.tsinghua.edu.cn/f/login  elektron ünvanı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Təqaüd proqramı barədə daha ətraflı məlumatı elan vasitəsilə əldə etmək mümkündür.

Bəyən və paylaş

Rəylər

rəy(lər)