4 İyun 13:14

Cinsi Orientasiyanın Mənşəyi adlı Seminar Keçiriləcək

Yaşıl Elm platforması və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə elmi-kütləvi seminar keçiriləcəkdir.

Cinsi orientasiyanın bioloji əsasları haqqında təşkil olunacaq elmi-kütləvi seminarda mövzuya akademik şəkildə yanaşılacaqdır. Seminar cinsi orientasiya məsələlərini elmi şərh etməklə, bu istiqamətdə maarifləndirici tədbirlərin görülməsi və bu mövzular haqqında akademik elmi məlumatların paylaşılması məqsədini daşıyır.

Mühazirəçi uroloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Uroloqları Assosiasiyasi, Avropa Uroloqları Cəmiyyəti, Türk Urologiya Cəmiyyəti, Türk Andrologiya Cəmiyyəti, Türk Qadın Urologiyası Cəmiyyətlərinin üzvü olan Vasif İsmayıl olacaq.

Seminarın mövzuları:
1) Cinsi davranışın modelləri
2) Cinsiyyət sisteminin inkişafı
3) Cinsi oriyentasiyanın biomedikal modelləri
4) Cinsi hormonlar və cinsi davranış
5) Cinsi davranışın genetik kökləri
6) Cinsi davranışın anatomik əsasları
7) Primatlarda cinsi davranış

Tarix: 09.06.2019 / Saat 15:00
Ünvan: Bakıxanov qəsəbəsi, Sülh küçəsi 35A, Heydər Əliyev adına istirahət parkının daxilində Ünvana Nefçilər metrosundan 35, 57, 40, 49 nömrəli avtobuslarla gələ bilərsiniz. Məkan Aygün City-nin və Sabunçu rayon icra hakimiyyətinin yanında yerləşir.

Əlaqə: 0702262928 Taryel Abdullayev
Giriş: #Ödənişsizdir.
İştirak üçün qeydiyyatdan keçmək şərtdir.
Link: https://forms.gle/XwJmkN37QfF8Lwr5A

Bəyən və paylaş

Rəylər

rəy(lər)