30 May 09:30

Cinsiyyət və Gender Mövzusunda Teatr-Əsaslı Təlim

Y-PEER Beynəlxalq Gənc Həmyaşıdlar Şəbəkəsi BMT-nin Əhali Fondunun dəstəyi ilə hər il keçirdiyi Teatr-əsaslı təlimi açıq elan edir!

Y-PEER (http://www.y-peer.org/) – BMT–nin Əhali Fondunun (UNFPA) həmyaşıddan həmyaşıda yönəlmiş qlobal təşəbbüsüdür. Bu təşəbbüs 500-dən artıq təşkilat və qurumları, həmçinin qeyri-formal təhsil, QİÇS, reproduktiv sağlamlıq və reproduktiv hüquqlar sahəsində çalışan 3 000-dən artıq gənci birləşdirir. Y-PEER Azərbaycan 2008-ci ildən bu təşəbbüsə qoşularaq gənc və yeniyetmələrin aidiyyəti mövzular üzrə məlumatlandırılması və həmyaşıd təlimçilər kimi formalaşmasına yardım edir.
Təlim 21-25 iyun, 2016-ci ildə “Central Park” Otelində baş tutacaq.

Təlimin müddəti: 10:00-18:00

Təlimdə iştirak edəcək 20 gənc “həmyaşıd təlimçi” statusunu qazanaraq, öz bilikləri və təlim bacarıqlarını həmyaşıdları ilə paylaşmaq imkanı əldə edəcəklər.
Təlimin əsas məqsədi gender bərabərliyi və gender əsaslı ayrı-seçkilik və zorakılıq mövzuları üzrə məlumatlandırma, eyni zamanda, aidiyyəti mövzularla bağlı sosial tamaşaların hazırlanması və təqdimatından ibarətdir.

Təlimdə iştirakla bağlı müraciət etmək üçün link – http://goo.gl/forms/rzc7KSM3QQT4ZvU32

Müraciət üçün son tarix: 15 iyun, 2016-ci il

Təlimdə iştirak üçün seçilmiş gənclər 17 iyun 2016-ci il tarixində bu haqda məlumatlandırılacaq və onlara təlimlə bağlı ətraflı məlumat veriləcək.
Əlavə suallar üçün aşağıdakı nömrələr vasitəsi ilə əlaqə saxlaya bilərsiniz:
Səadət Abdullazadə/ Milli coordinator /055-598-72-19
Elturan Kazımlı/ Həmyaşıd təlimçisi/ 070-750-42-33

Bəyən və paylaş

Rəylər

rəy(lər)