10 May 18:56

ClimateLaunchpad Azərbaycan 2019 akselerasiya proqramı üçün müraciətləri açıq elan olunur

Salam startup əhli! 😎📣📢

Çoxdan gözlədiyiniz xəbəri verək! ClimateLaunchpad Azərbaycan 2019 akselerasiya proqramı üçün müraciətləri açıq elan edirik!

Müraciət formu: goo.gl/4UfES5 🕐🕑🕒

Bu il Azərbaycandan proqrama qəbul olunacaq 13 startup 2-günlük intensiv kamp və 10 həftəlik akselerator proqramdan keçərək ölkə finalında top-2 startupdan biri olmaq və Dünya Finalında Azərbaycanı təmsil etmək uğrunda yarışacaqlar. Dünya Finalında ən yaxşı 10 startup Climate-KIC akselerator proqramına qəbul olunacaqdır (€ 95,000 avro investisiya ilə) və aşağıdakı mükafatlar uğrunda yarışacaqlar! 🚀🚀🚀

– Birinci yer: € 10,000 avro, 💶💶💶
– Ikinci yer: € 5,000 avro, 💵💵💵
– Üçüncü yer: € 2,500 avro. 💰💰💰

+ Hər biri € 5,000 avro olmaqla 5 fərqli mövzu mükafatı (cəmi: € 25,000 avro)
+ Dünya finalında Azərbaycanı təmsil edəcək 2 startap komandasının bütün xərcləri qarşılanır!

Son müraciət tarixi: 9 İyun, 2019 🕐🕑🕒

Özünüzə və ideyalarınıza güvənin və müraciət edin! 🥇🥈🥉
Müraciət formu: goo.gl/4UfES5

Bəyən və paylaş

Rəylər

rəy(lər)