19 May 13:52

Çöl geoloji-kəşfiyyat əməliyyatları üzrə təcrübə proqramı

İşləmək arzusunda olan, öyrənməyə həvəsli, şəxsi inkişafı, peşəkar vərdişləri və praktiki biliklərini artırmağa maraqlı olan, təşəbbüskar, komandada işləməyi bacaran gənclər üçün Çöl geoloji-kəşfiyyat əməliyyatları üzrə təcrübə proqramı elan edirik!

Təcrübə proqramının seçimi testləşdirmə və bir neçə mərhələdən ibarət olmaqla müsahibə əsasında həyata keçirilir:

1. Testləşdirmə – Məntiqi təfəkkür; Psixoloji; Dil və Komputer biliklərinin yoxlanılması məqsədilə test imtahanları

2. Müsahibə.

Müsahibə və testlərdən uğurla keçən namizədlərə 4 həftəlik təcrübə müddəti təyin olunur. Həmin müddət ərzində təlim keçiriləcək. Təlim sonunda iştirakçılar imtahan olunacaq. Yetərli bal toplayan şəxs sonda işlə təmin olunacaq.

Vəzifə öhdəlikləri:

– Əməliyyatlar şöbəsinə aid olan telefon zənglərinin cavablandırılması və müvafiq informasiyanın verilməsi;

– Həmin informasiyaların qeydiyyatlarının aparılması;

– İşçilərin rotasiyasının (yerdəyişməsinin) nəzarətdə saxlanması;

– Evdə qalan qazma komandasına daxil olan işçilərin yeni layihələrə cəlb edilməsi;

– Rəhbərlik tərəfindən verilən digər tapşırıqların vaxtında və məsuliyyətlə yerinə yetirilməsi;

Təcrübə proqramında iddiaçı olmaq üçün gənclər aşağıda qeyd olunan bütün tələblərə cavab verməlidir:

– Azərbaycan Respublikasının vətəndaşı

– Tam və ya Natamam-Ali təhsil

– Səlis nitq

– Əlavə dil bilgiləri (intermediate)

– Sərbəst şəkildə komputer biliyi (Microsoft office – intermediate)

– Məntiqi təfəkkür

Ofis XIRDALANda yerləşdiyi üçün yaxın ərazilərdən namizədlərin müraciət etməsi daha arzu ediləndir.

Təcrübə proqramına qoşulmaq istəyənlərdən [email protected] ünvanına CV formalarını göndərərkən mövzu yerində aidiyyatı sahəni (Məsələn: “Çöl geoloji-kəşfiyyat əməliyyatları üzrə təcrübə proqramı edumap.az“) qeyd etmələri xahiş olunur.

Bəyən və paylaş