Bazar ertəsi, 2 İyun, 2025

Collaboration sistemləri üzrə mütəxəssis vakansiyası


  • Dərc edildi: 27 Aprel, 2022 - 03:24
Collaboration sistemləri üzrə mütəxəssis vakansiyası

Bank Respublika ASC İnformasiya Texnologiyalarına Dəstək Departamentində Collaboration sistemləri üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Ümumi vəzifə öhdəlikləri:  

  • Bankın Collaboration sistemlərinin inzibatçılığı və texniki dəstəyi;
  • İstifadəçilər, Biznes və İnformasiya Təhlükəsizliyi tərəfindən Collaboration sistemlərinə aid sorğuların icra edilməsi;
  • Bankın Collaboration sistemlərinin (Call Manager, Contact Center, Voice Recording, Voice Gateway) arxivləşdirilməsinin təmin edilməsi;
  • Bankın Collaboration sistemlərinin (Call Manager, Contact Center, Voice Recording, Voice Gateway) monitorinqi və nasazlıqların aradan qaldırılması;
  • Proseslərin avtomatlaşdırılması, CRM/ERP/HR/LDAP və digər korporativ sistemlərlə API-lər vasitəsi ilə proqramlaşdırılaraq Call Manager, Contact Center, Voice Recording sistemlərinin inteqrasiyası.
  Namizədə qarşı tələblər:  
  • Ali təhsil (aidiyyəti sahə üzrə arzuolunandır);
  • Collaboration sistemləri ilə 3 illik iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili əla, İngilis dili yaxşı, Rus dili arzuolunandır;
  • Şəbəkə texnologiyaları üzrə (LAN/WAN) əsaslı biliklər;
  • CUCM, CUCCX və digər vendorlara məxsus olan Voice/IP telefoniya texnologiyaları ilə yüksək səviyyədə iş təcrübəsi;
  • Enterprise VoIP, SIP Trunking, IVR, Voice Gateway, Call Manager, Contact Center, Call Recording, korporativ direktoriya ilə inteqrasiya, audio, video və veb konfranslarda, genişmiqyaslı və çoxsaylı müəssisə mühitlərində yüksək səviyyədə iş təcrübəsi;
  • Genişmiqyaslı (Cluster/HA) server topologiyasını təmin etmək üzrə biliklər;
  • CCNP Collaboration/Voice sertifikatı arzuolunandır.
  Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 06 may 2022-ci il tarixinədək emailin mövzu hissəsində Collaboration sistemləri üzrə mütəxəssis qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.   Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 31
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 124
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 146
Lisey və gimnaziyala...