8 Sentyabr 16:46

COMSTECH 2017-ci il üzrə elm və texnologiya sahəsində yüksək nailiyyətlər əldə etmiş alimlərə mükafatlar təqdim edəcək

İslam Əməkdaşlığı Təşkilatının Elm və Texnologiya sahəsində Əməkdaşlığa dair İƏT Daimi Komitəsi (COMSTECH) hər iki ildən bir üzv ölkələrdə elm və texnologiya sahəsində yüksək nailiyyətlər əldə etmiş alimlərə mükafatlar təqdim edir. 2017-ci il üzrə mükafatların aşağıdakı kateqoriyalar üzrə veriləcəyi bildirilir:

-biologiya və kimya;

-elm və texnologiya.

Namizədlər müraciət üçün ərizə formasını www.comstech.org səhifəsindən əldə edə bilərlər. Ərizələr 31 oktyabr 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərilməlidir

Bəyən və paylaş