25 Mart 14:53

“Cookies” nədir?

Cookies (mən çərəz deyəcəm), bir veb səhifə ziyarət edildiyi zaman brauzerlərdə istifadəçilər haqqında informasiyanın cəmləşdiyi balaca fayllarıdır. İnsanların veb saytlarda  axtarış edərkən brauzer bunu öz keçmişində qeydiyyata salır.

Cookies 1994-ci ildə ilk dəfə Netscape firması tərəfindən istifadə edilməyə başlanmışdır. İlk istifadə məqsədi bir istifadəçinin girdiyi sayta, təkrar girib girmədiyinə nəzarət etmək üçün idi. İndiki vaxtda çərəzlərin əsas məqsədi daha çox məlumat almaqdır.

Xatırlanmağımızı təmin edən cookies  text fayllarıdır. Məlumatlarımız bu fayllara yazıldığından eyni saytlara daxil olduğumuz zaman bizi tanıyır. Bu zaman təkrar məlumatlarımızı yazmağa gərək qalmır.

İnternetdə müxtəlif saytlarda dolaşır, bəzilərinə üzv oluruq. İstifadəçi olduğumuz bu saytlara daxil olarkən hər səfərində istifadəçi adı və şifrəmizi təkrar girməmək üçün “yadda saxla” ikonuna klik edirik. Bu ikona tıkladığımız andan etibarən çərəzlər araya girir. Text faylına məlumatlarımız qeyd olunur. Cookies sayəsində, saytı açdığımız andan etibarən məlumatlarımız sayta çatır və bizi tanıyır.

Cookies haralarda istifadə edilir?

  • Üzvlük tələb olunan saytlarda;
  • E-ticarət saytlarında;
  • Reklam nümayişlərində;

Çərəzlər ayrıca bizə maraq dairələrimizə görə  reklam göstərilməsi təmin edən vasitələrdəndi. Gün içərisində hansı saytlara giririk, girdiyimiz saytlarda nələrə klik edirik, e-ticarət saytlarından nələr baxırıq hamısı cookies (çərəz) olaraq qeyd olunur.Yazılan bu çərəzlər maraq dairələrimizə görə bizə reklam göstərilməsini təmin edir.

Cookies necə silinir?

Hər brauser üçün cookies ayrı-ayrı silinməlidir.

Chrome’dən çərəzlər necə silinir?

Chrome’dən yazılan cookies’ləri silmək üçün:

“Menu”, “Settings”, “Show Advanced Settings”, “Content Settings”

cookies nedir
cookies nedir

“All cookies and site data…”, “Remove All.”

Screen Shot 2016-03-25 at 2.42.05 PM

Screen Shot 2016-03-25 at 2.53.35 PM

Ziyarətçi vərdişlərinizdən faydalanmaq üçün reklamçılar və digər internet şirkətləri bundan istifadə edir. Advertising.com, DoubleClick və ValueClick kimi reklam firmaları bu məlumatı, maraq dairənizə görə brauzerinizi reklamlarla doldurmaq üzrə istifadə edirlər. Buna davranış reklamçılığı (behavioral retargeting) deyilir.

Reklamçılar daha məqsədəuyğun reklamlar təqdim etdiklərini iddia edərək sizə yaxşılıq etdiklərini söyləyəcəklər.  Şirkətlər sizin kim olduğunuzu bilmir, yalnız hansı saytları ziyarət etdiyinizi, orada nə qədər qaldığınızı və etdiyiniz axtarışları bilirlər…

Birdə var AdChoice. O lap başqa bir aləmdi.

Müşfiq Şirəliyev

Bəyən və paylaş

Rəylər

rəy(lər)