4 Aprel 17:06

COSMOPROF WORLDWIDE BOLOGNA CONFERENCE PRESENTATION

Hörmətli xanımlar və cənablar,

 

Sizi 28 Aprel saat 18.00-da Fairmont Otelində baş tutacaq COSMOPROF WORLDWIDE BOLOGNA sərgisinin rəsmi təqdimatına dəvət etməkdən böyük məmnunluq duyuruq.

 

“COSMOPROF WORLDWIDE BOLOGNA”  sərgisi gözəllik sənayesi üzrə dünya miqyasında lider sərgilərdən biridir və artıq 49 ildir ki, beynəlxalq platformada sağlamlıq və gözəllik sahəsində aparıcı yer tutur.

 

PARFUMERİYA VƏ KOSMETİKA, TƏBİİ ESTETİK VASİTƏLƏR VƏ SPA, SAÇ VƏ DIRNAQLAR həmçinin gözəlliyin müxtəlif sahələrini özündə birləşdirən “COSMOPACK” (Qablasdirma ve subpodratçi) sərgisinin 2016-cı ildəki sahəsi təqribən 90.000 kv.metrdir.

 

Dünyanın gözəllik sahəsində baş vərən yeniliklərdən xəbərdar olmaq və yeni partnyorlar tapmaq məqsədi ilə bir çox iştirakçilar, ziyarətçilər və bəynəlxalq alıcılar öz şəxsi bizneslərini inkişaf etdirmək üçün sözün əsl mənasında bu sərgidən Beynəlxalq Mərkəz kimi faydalanırlar.

 

Cosmoprof sərgisi yalnız İtaliyanın Bolonya şəhərində deyil, həmçinin dünyanın Las Vegas və Hong Kong şəhərlərində də keçirilir.

 

“COSMOPROF” dünyada yüksək səviyyəli yeni sərgilər təşkil etmək üçün beynəlxalq təşkilatlarla saziş imzalayıb: Cosmoprof Worldwide Bologna, Cosmoprof Asiya (Hong Kong), Cosmoprof Şimali Amerika (Las Vegas).

 

Əlavədə sizə təqdimat və şam yeməyi üçün dəvətnamələri və həmçinin tədbir haqqında broşuru göndəririk.

 

Tədbirdə iştirak üçün zəhmət olmasa [email protected] e-mail ünvanına iştirak edəcək şəxsin ad, soyadını göndərəsiniz və yaxud tel. (+994 12 4971793 / 4843) /faks (+994 12 4971794) vasitəsi ilə öz iştirakınızı təsdiq edəsiniz. Qeyd etmək istərdik ki, tədbirə şirkətinizdən  istənilən sayda əməkdaş qatıla bilər.

Tədbirlə bağlı əlavə məlumat üçün əməkdaşlarımız Şəhla Məmmədova və Fərəh Rzazadə ilə əlaqə saxlaya bilərsiniz.

 

Diqqətinzə görə Sizə dərin minnətdarlığımı bildirir, görüşləriniz və gələcək əməkdaşlığınız zamanı sizə uğurlar arzulayırıq.

Bəyən və paylaş

Rəylər

rəy(lər)